ABŞ-da seçkilərin nəticələri açıqlanır: Demokratlar Trampın partiyasından Konqresə nəzarəti aldı
ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyası mühüm qələbə qazanaraq Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında çoxluğu əldə edib. Nəticələr Prezident Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyası üçün ciddi siyasi məğlubiyyət kimi qiymətləndirilir.
Reuters-in məlumatına görə, demokratlar Respublikaçıların ənənəvi üstünlüyə malik olduğu bir sıra ştatlarda da qələbə qazanıblar. Partiya Texas, Kanzas, Ayova, Ohayo, Men, Şimali Karolina və Cənubi Karolinada Senat mandatlarını əldə edərək mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Nümayəndələr Palatasında da iki ondan çox əlavə mandat qazanılıb.
Seçkilərin nəticələrinə təsir göstərən əsas məsələlər arasında ABŞ-da yaşayış xərclərinin artması, iqtisadi vəziyyət, hökumətin fəaliyyəti və İranla müharibə ilə bağlı narazılıqlar göstərilir. Reuters-in seçki sonrası təhlilinə əsasən, seçicilərin böyük hissəsi ölkədəki yüksək qiymətlərə görə Tramp administrasiyasını məsul hesab edir.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, seçkilərin nəticələri Donald Trampın prezidentlik müddətinin növbəti iki ilində siyasi fəaliyyətinə də təsir göstərə bilər. Demokratların Konqresdə çoxluğu əldə etməsi prezidentin qanunvericilik təşəbbüslərinin qəbulunu çətinləşdirə, administrasiyanın fəaliyyətinə parlament nəzarətini gücləndirə və onun irəli sürdüyü bəzi təyinatların qarşısını ala bilər.
Tramp isə seçkilərin nəticələrindən sonra Demokratların qələbəsinin onun şəxsi məğlubiyyəti kimi qiymətləndirilməsinə etiraz edib. ABŞ-da seçkilərin yekun rəsmiləşdirilməsi prosesi davam edir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 517 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaqik Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı qərar dərc olunub
"Çiçəklənən Ermənistan" Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətinin üç ay uzadılması ilə bağlı petisiya ilə bağlı qərar dərc olunur. xəbər verir ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib
5 noyabrMəhkəmə Aleksandr Nevzorovu Sankt-Peterburqdakı evindən çıxardı
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin iddiasını təmin edib və jurnalist Aleksandr Nevzorovu, həyat yoldaşını, oğlunu və 83 yaşlı qayınanasını şəhərin şimalındakı Lisi Nos qəsəbəsində əvvəllər sahib olduqları evdən çıxarmaq qərarına gəlib
4 noyabrŞimali Koreya Yapon dənizinə naməlum mərmi atdı
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) təfərrüatları açıqlamadan raketin buraxılışını qeydə aldığını bildirib. Ötən həftə Şimali Koreya Vonsan bölgəsində
4 noyabrUkrayna dronları Rusiyanın cənubundakı Ozon anbarına zərbə endirib
Ukrayna dronları Adıgey Respublikasına hücum edib. xəbər verir ki, bunu bölgə rəhbəri Murat Kumpilov bildirib. Hücum nəticəsində Adıgeyskdəki Ozon logistika mərkəzinin ərazisində yanğın baş verib. "Kompleksin personalı təxliyə edilib, hazırda xəsarət alanlar və ya ölüm halları barədə məlumat yoxdur"
4 noyabrBu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo
3 noyabr