Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı

Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandıAlmaniya paytaxtının rəsmi qurumları hesab edirlər ki, Berlindəki hotellərdən birində meyiti aşkarlanan Bavariya baş nazirinin müavini, eyni zamanda, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının (Freie Wähler) sədri Hubert Ayvanger vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Tagesspiegel" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, siyasətçinin ölümünə sağlamlıq problemləri səbəb ola bilərdi. Bununla yanaşı, polis və prokurorluq orqanları hadisənin dəqiq təfərrüatını aydınlaşdırmaq və kənar şəxslərin müdaxiləsini istisna etmək məqsədilə araşdırmaları davam etdirir.

Belə ki, nəşrin məlumatına əsasən, noyabrın 4-də yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə noyabrın 5-də 01:30) Ayvangerin meyitinin aşkarlandığı hotelə Berlin Cinayət Polisi İdarəsinin (LKA) xüsusilə ağır cinayətlər üzrə istintaq qrupu, o cümlədən qətl şöbəsinin əməkdaşları gəliblər.

Qeyd edək ki, siyasətçi Hubert Ayvangerin vəfat etməsi barədə xəbər noyabrın 4-də ictimaiyyətə açıqlanıb. Onun meyiti paytaxt Berlində yerləşən "Neuer Fritz" hotelində aşkar edilib. "Bild" qəzetinin yazdığına əsasən, siyasətçi həmin tarixdə Azad Seçicilər Partiyasının Berlindəki ofisinin açılış mərasiminə qatılmalı olsa da, səhhəti pisləşdiyinə görə tədbirdə iştirak edə bilməyib.

01:16

Almaniyanın "Azad Seçicilər" (FW) partiyasının lideri, Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvanqer Berlin hotellərindən birində ölü vəziyyətdə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" partiyasının yeni ofisinin açılışı keçirilib. Lakin 55 yaşlı Ayvanqer özünü pis hiss etdiyini bildirdiyi üçün tədbirdə iştirak etməyib. O, şəhərin mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, siyasətçi evli olmayıb. O, Taniya Şvaygerlə birlikdə yaşayıb. Cütlüyün iki övladı var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 244   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hörmüz boğazının cənubunda dörd tanker partlayıb

Hörmüz boğazının cənubunda dörd tanker minaya düşüb və daha iki gəmi ələ keçirilib. xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyanat yayıb. Agentlik Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirib ki, "Hörmüz boğazının cənub hissəsindəki məhdudlaşdırılmış zonadan keçməy

4 noyabr
.

Aİ Ukraynaya 2028-ci ilədək üzvlük danışıqlarını başa çatdırmağa zəmanət verməyib

Avropa Komissiyası Ukraynanın 2028-ci ilin sonunadək Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları yekunlaşdıracağına dair Kiyevə konkret vəd verməyib. Bunun üçün ölkənin islahatları sürətləndirməli olduğu bildirilib. xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə üzrə illik hesabatınd

4 noyabr
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

4 noyabr
.

Şimali Koreya hərbi təlimlər keçirir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, KXDR uzun mənzilli strateji qanadlı raketlərdən istifadə edərək hərbi təlimlər keçirib. xəbər verir ki, KXDR-in şərqində raket bölməsinin atəş bölməsinin nümayiş təlimləri keçirilib. "Təlimlərdə iştirak edən bölmə ənənəvi aerodromu uzaqmənzill

5 noyabr
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

4 noyabr
.

Ermənistan AB-nin bu proqramlarına qoşulur

Ermənistanın gömrük sahəsində "Customs" və "Fiscalis" əməkdaşlıq proqramlarında iştirakına dair AB ilə sazişin imzalanması təklifi təsdiqlənib. xəbər verir ki, bu barədə müvafiq qərar noyabrın 5-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Qeyd olunub ki, proqramlara qoşulm

5 noyabr
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

4 noyabr
.

Çin sədrinin müavini Han Çjen Türkiyə və Gürcüstana səfər edəcək

Çin sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstana səfər edəcək. Bu barədə Çinin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazirlikdən bildiriblər ki, Han Çjen Türkiyəyə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

4 noyabr
.

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 42-yə çatıb

Ukraynanın Zaporojye vilayətində humanitar yardım məntəqəsinə endirilən Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 42-yə yüksəlib. Reuters-in məlumatına görə, hadisə noyabrın 2-də Komışuvaxa kəndində baş verib. Rusiya ordusunun idarəolunan aviabombalarla həyata keçirdiyi hücum zamanı sakinlərin humanita

5 noyabr