Putin gələn il G20 sammitində iştirak etməyəcək - Baş nazir onun gəlişinə "yox" dedi
Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2027-ci ildə Mançesterdə keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə "The Economist"in jurnalisti Hyuqo Qay "X" sosial şəbəkəsində yazıb.
Rusiya prezidentinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı birbaşa suala Börnhem qısa şəkildə "Xeyr" cavabını verib.
Bundan əvvəl, oktyabr ayında ABŞ Prezidenti Donald Tramp Putinin bu il ABŞ-da keçiriləcək G20 sammitinə gəlib-gəlməyəcəyi ilə suala dəqiq cavab verməmişdi. Ancaq o, sözlərinə Rusiya prezidentini görməkdən məmnun olacağını da əlavə etmişdi.
"Böyük iyirmilik" ölkələrinin liderlərinin görüşü dekabrın 14-15-də Mayamidə keçiriləcək.
Mançesterdə keçiriləcək sammitin isə 2027-ci il noyabrın 27-28-də baş tutması planlaşdırılır. "Böyük iyirmilik"in İngiltərə şəhərində toplanacağı barədə "Politico" mənbələrinə istinadən məlumat yayıb.
Britaniya Baş nazirinin Ofisi bu məlumatı nəşrə birbaşa təsdiqləməyib. Bununla belə, qurumdan bildirilib ki, Endi Börnhem Trampla söhbəti zamanı onu artıq Mançesterə dəvət edib. ABŞ Prezidenti isə bu təklifdən yararlanmaq istədiyini bildirib.
Böyük Britaniyanın Baş naziri vəzifəsinə qədər Börnhem 2017-ci ildən Mançesterin meri olub.
G20-nin əvvəlki sammiti 2025-ci ilin noyabrında Cənubi Afrikada keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 141 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fars körfəzində neft tankeri hücuma məruz qalıb - Gərginlik artır
Fars körfəzində Qətər sahilləri yaxınlığında neft tankeri iki naməlum mərmi ilə vurulub. Associated Press-in məlumatına görə, hadisə noyabrın 5-də Qətərin şimal sahillərindən təxminən 50 dəniz mili məsafədə baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi tankerin hücuma məruz qaldığın
5 noyabrSamvel Karapetyan 1 ay müddətinə həbs edilib
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 1 ay müddətinə həbs edilib. xəbər verir ki, qərar bir müddət əvvəl ictimaiyyətə açıqlanıb. Qeyd etmək lazımdır ki, iş hakim Levon Petrosyana həvalə edilib və məhkəmə iclası bütün gecə davam edib. Bu səhər tezdən İstintaq Komitəsinin müstəntiqlər
5 noyabrÇin sədrinin müavini Han Çjen Türkiyə və Gürcüstana səfər edəcək
Çin sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstana səfər edəcək. Bu barədə Çinin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazirlikdən bildiriblər ki, Han Çjen Türkiyəyə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind
4 noyabrDublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib
Dublin-Roma reysi ilə uçan təyyarə bomba barədə daxil olan məlumatdan sonra Normandiyadakı Evryo aviabazasına yönləndirilib. xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Baş naziri Sebastyan Lekornyunun dəftərxanasına istinadən məlumat yayıb. "Dublin-Roma reysini həyata keçirən "A320"
5 noyabrAlman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı
Almaniya paytaxtının rəsmi qurumları hesab edirlər ki, Berlindəki hotellərdən birində meyiti aşkarlanan Bavariya baş nazirinin müavini, eyni zamanda, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının (Freie Wähler) sədri Hubert Ayvanger vəfat edib. xəbər verir ki, bu barədə mənbələrə istinadən "Tagesspiegel"
5 noyabr