Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar

Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi.

Bildirildi ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.

Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün nəzərdə tutulan məkanların yaradılması planlaşdırılır. Universitetin akademik ehtiyaclarını qarşılamaqla və potensialını gücləndirməklə yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq kitabxana binası elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqinə, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsinə və Qarabağda sosial-mədəni mühitin inkişafına töhfə verəcək.

Qeyd edilib ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.
Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - FotolarPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 211   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

7 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

Prezident Şuşada açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsil

7 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

7 noyabr
.

Zəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca

6 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Xankəndi Stadionu açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-c

7 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr