ABŞ və Çin Sİ bağlı insidentlər barədə xəbərdarlıq üçün birbaşa əlaqə kanalı yaradır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyaları sahəsində baş verə biləcək insidentlər barədə operativ məlumat mübadiləsi aparmaq üçün birbaşa əlaqə kanalı yaradır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent noyabrın 10-da bəyan edib.
"ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Çinlə superintellekt üzrə yeni dialoqun qurulması istiqamətində mühüm işə başlamışıq. Bu dialoqun məqsədi ümumi risklərdən qorunmaq və sistemlərimiz arasında anlaşılmazlıqların qarşısını almaqdır. Qabaqcıl modellərin istifadəyə verilməzdən əvvəl qiymətləndirilməsi və sınaqdan keçirilməsi sahəsində ən yaxşı təcrübələri bölüşməyi, eləcə də bu texnologiyanın idarə olunmasında insan mühakiməsinin əsas rolunu qoruyub saxlamağı nəzərdə tuturuq. Nəhayət, hər bir ölkənin superintellekt modelləri ilə bağlı ciddi insidentlər barədə digər tərəfi operativ şəkildə məlumatlandıra bilməsi üçün birbaşa əlaqə kanalı yaradırıq", - deyə Bessent ABŞ-Çin Münasibətləri üzrə Milli Komitədə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, süni intellekt texnologiyaları inkişaf etdikcə rəqabəti məsuliyyətli idarəetmə ilə uzlaşdırmağın yollarını tapmağa ehtiyac da artacaq.
"ABŞ və Çin arasındakı fərqlərlə bağlı heç bir illüziyaya qapılmamalıyıq. Daha əvvəl də qeyd etdiyim kimi, maraqlarımız hər zaman üst-üstə düşməyəcək. Eyni şəkildə, problemlərin həllinə yanaşmalarımız da həmişə oxşar olmayacaq", - deyə ABŞ maliyyə naziri vurğulayıb.
Sentyabrın sonunda Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciaqkun Pekin və Vaşinqtonun süni intellekt texnologiyaları ilə bağlı hökumətlərarası dialoqu bərabərhüquqlu əsasda inkişaf etdirəcəyini bildirmişdi. O, Çinin süni intellektin qlobal idarə olunması məsələlərində hər zaman konstruktiv və məsuliyyətli mövqe tutduğunu qeyd etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 174 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da nəhəng gəminin batırılması turizm layihəsinə çevrilir
Florida sahillərində batırılan "SS United States" gəmisinin ətrafında yeni turizm məkanı yaradılması planlaşdırılır. Layihə çərçivəsində gəminin sualtı hissəsinin dalğıclar üçün əlçatan olması və ərazidə dəniz turizminin inkişaf etdirilməsi nəzərdə tutulur. Associated Press-ə istinadən xəbə
12 noyabrİran ABŞ-ın Avropadakı hərbi bazalarını vurmaqla hədələdi
İran ABŞ-ın Avropa ölkələrində yerləşən hərbi bazalarını hədəfə ala biləcəyini bəyan edib. AFP-yə istinadən xəbər verir ki, İranın təhlükəsizlik məsələləri üzrə yüksəkvəzifəli rəsmisi Möhsün Rzayi bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlarda Avropadakı bazalardan istifadə edərsə, Tehran həmin obyektlər
12 noyabrAlmaniyada süni intellekt 15 ilə 800 min iş yerini əvəz edəcək
Almaniyada süni intellekt növbəti 15 il ərzində təxminən 800 min iş yerinin itirilməsinə səbəb olacaq. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles öz müsahibəsində bildirib. O, süni intellektin Almaniya əmək bazarına gətirəcəyi əsas transformasiyada
11 noyabrUkraynada müharibədə 400 mindən çox rusiyalı həlak olub
Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri 400 mindən çox rusiyalı hərbçi həlak olub. xəbər verir ki, bu barədə Rusiyanın dövlət statistika agentliyi Rosstatdan sızdırılmış məlumatda bildirilib. Məlumatlar Belarus müxalifəti ilə əlaqəli "Cyber Partisans" haker qrupu və Ukraynanı
10 noyabrFransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb
Fransa bu gün İranın Parisdəki səfirini kiberhücum iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Fransa İranı ölkədə yüzlərlə supermarketdə soyuducuların fəaliyyətini dayandıran kiberhücumda ittiham edib. Fransanın xarici işlər nazir
10 noyabrAvstraliyada təyyarə avtomobillə toqquşub
Melburnda (Avstraliya) eniş edərkən yüngül mühərrikli təyyarənin avtomobillə toqquşması nəticəsində iki nəfər xəsarət alıb. "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə Lilideyl hava limanı yaxınlığında baş verib. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, eniş edən təyyarə avtomobill
10 noyabrİranın təhdidlərindən sonra ABŞ maliyyə naziri hərbi bazaya köçürüldü
ABŞ maliyyə naziri Skott Bessent İran tərəfindən həyatına qarşı təhdidlər olduğu barədə məlumatlardan sonra Vaşinqtondakı iqamətgahını tərk edərək hərbi bazaya köçürülüb. Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ administrasiyasını
11 noyabrİraqda 60-dan çox məktəbli boğulma əlamətləri ilə xəstəxanaya aparılıb
İraqın Meysan əyalətindəki Əz-Zəhra Hazırlıq Məktəbindən 61 qız şagird boğulma əlamətləri ilə xəstəxanaya aparılıb. xəbər verir ki, bu barədə "İNA" agentliyi məlumat yayıb. Məlumata əsasən, hadisənin səbəbi yaxınlıqdakı müəssisələrdən birində baş verən xlor sızması olub. Qeyd edək ki, həmi
11 noyabrABŞ, Ukrayna və Avropa ölkələrindən birgə bəyanat
ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər. Bizim.Media xəbər verir ki, bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib. Bəyanatın mətnin
10 noyabr