Halsızlıq, tərləmə, əzələ qıcolmaları: Hansı əlamətlərə diqqət etməliyik? - AÇIQLAMA

Halsızlıq, tərləmə, əzələ qıcolmaları: Hansı əlamətlərə diqqət etməliyik? - AÇIQLAMAPayız aylarında günəşli saatların azalması və insanların açıq havada daha az vaxt keçirməsi D vitamini səviyyəsinə təsir göstərə bilər. Bununla belə, vitamin və mineral çatışmazlığı hər kəsdə eyni dərəcədə yaranmır və yalnız mövsümün dəyişməsi bütün insanlara geniş check-up müayinəsi və analizlər verməyi zəruri etmir. Müayinələrin həcmi şəxsin sağlamlıq vəziyyəti, şikayətləri, qidalanma vərdişləri və risk faktorları nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

Bəs, hansı əlamətlər D vitamini və digər vitamin-mineral çatışmazlığından xəbər verə bilər? Payızda hər kəsin analiz verməsinə ehtiyac varmı, yoxsa müayinələr fərdi qaydada aparılmalıdır? Özbaşına vitamin qəbul etmək hansı sağlamlıq problemlərinə səbəb ola bilər?
Halsızlıq, tərləmə, əzələ qıcolmaları: Hansı əlamətlərə diqqət etməliyik? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, payız aylarında, xüsusilə də noyabrda orqanizmdə müxtəlif vitamin və mineral çatışmazlıqları yarana bilər.

"Orqanizmdə gedən proseslər fonunda müəyyən çatışmazlıqların müşahidə olunması mümkündür. Nəzərə alsaq ki, biz Cənubi Qafqazda, nisbətən isti iqlimə malik bölgədə yaşayırıq, buna baxmayaraq, müşahidələr göstərir ki, insanların böyük əksəriyyətində D vitamini çatışmazlığı var. D vitamini orqanizmə təkcə günəş şüaları vasitəsilə deyil, yumurta və digər qidalarla da daxil olur. Buna görə də D vitamini çatışmazlığı bu gün ciddi problemlərdən biridir. D vitamini immun sisteminin tənzimlənməsində mühüm rol oynayır.

Digər vitamin və mineral komplekslərinin qəbulu isə ehtiyacdan və insanın sağlamlıq vəziyyətindən asılıdır. Praktiki olaraq sağlam olan, normal həyat tərzi keçirən, yuxu və iş rejimi qaydasında olan, heç bir subyektiv şikayəti olmayan insanların check-up müayinəsindən keçməsinə xüsusi ehtiyac yoxdur.

Vitamin çatışmazlığının əlamətləri isə konkret vitaminin növündən asılı olaraq dəyişir. Məsələn, B12 vitamini çatışmazlığı zamanı insanlarda mədə-bağırsaq problemləri yarana bilər. D vitamini çatışmazlığı halsızlıq, heysizlik və tərləmə kimi əlamətlərlə özünü göstərə bilər. Müxtəlif mineralların çatışmazlığı da fərqli simptomlarla müşahidə olunur. Məsələn, maqnezium çatışmazlığı əzələ qıcolmaları və qıcolmaya meyillilik yarada bilər.

Bu səbəbdən check-up müayinəsi ehtiyac və tibbi göstəriş olduqda, müəyyən kateqoriyadan olan insanlar üçün məsləhət görülür. Özbaşına vitamin qəbulu isə bir sıra fəsadlara səbəb ola bilər.

Xüsusilə 50 yaşdan yuxarı qadın və kişilərdə bəzi autoimmun və allergik xəstəliklərin formalaşma ehtimalını nəzərə almaq lazımdır. Belə hallarda, məsələn, B qrupu vitaminlərinin həkim məsləhəti olmadan qəbulu orqanizmdə hər hansı törəmənin yaranmasına və ya böyüməsinə, eləcə də allergik reaksiyalara səbəb ola bilər. Buna görə də vitaminləri özbaşına qəbul etmək məsləhət görülmür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 200   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021