Rio-de-Janeyroda əhalinin üçdə biri cinayətkar qruplaşmaların nəzarəti altında yaşayır
Braziliya Rio-de-Janeyro ştatının əhalisinin təxminən üçdə biri (5 milyondan çox insan) mütəşəkkil cinayətkarlıq və narkotik kartellərinin birbaşa nəzarətində olan ərazilərdə yaşayır.
"Report"un məlumatına görə, bu, Rio-de-Janeyronun İctimai Təhlükəsizlik İnstitutu tərəfindən aparılan araşdırmaya əsasən məlum olub.
"O Globo" qəzetinin hesabatına görə, ştatda ümumi sahəsi 614,3 kvadrat kilometr olan 1 530 cinayətkar fəaliyyət zonası müəyyən edilib. Bu ərazilərdə 5,17 milyon insan və ya ştat əhalisinin təxminən 32,2 %-i yaşayır.
Eyni zamanda "Qırmızı komanda" ("Comando Vermelho", CV) regionda əsas cinayətkar qüvvə olaraq qalır. O, təxminən 3 milyon insanın yaşadığı 779 əraziyə (ümumi ərazinin 50,9 %-nə) nəzarət edir. Qəzetin rəyini soruşduğu ekspertlərin fikrincə, CV son illər rəqibləri tərəfindən əvvəllər nəzarətdə saxlanılan onlarla yeni rayonu ələ keçirib.
Braziliyada təhlükəsizlik məsələsi oktyabrda keçirilmiş prezident seçkiləri zamanı yenidən əsas məsələyə çevrilib. Yenidən seçilmiş Prezident Luis İnasio Lula da Silva küçə cinayətkarlığına qarşı mübarizəni qarşıdan gələn dördüncü prezidentlik müddətinin əsas diqqət mərkəzinə çevirəcəyinə söz verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 172 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Parisdən Antalyaya gedəcək
Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyə Respublikasına işgüzar səfər edəcək. xəbər verir ki, Baş nazir Antalyada keçiriləcək İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Liderlər Zirvəsində iştirak edəcək
11 noyabrKuşner və Uitkoff noyabrın 12-də Moskvada Putinlə görüşəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 12-də xüsusi nümayəndə Stiv Uitkoffla birlikdə Moskvaya səfər etməyi planlaşdırdığını bildirib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfl
11 noyabrDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsini
12 noyabrİndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bu gün ən azı altı dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatında bildirilib. Kül vulkanın zirvəsindən 1 km hündürlüyə qalxıb ki, bu da dəniz səviyyəsində
12 noyabrErmənistan İrandan qaz tədarükünün artırılmasını istəyib
Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını xahiş edib. xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, bu məsələ bu gün İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasınd
10 noyabr