Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
"Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu - yüz milyardlarla dolları və boğazını (Hörmüz) ələ keçirmişik", - ABŞ Prezidenti yazıb.
Tramp paylaşımında, həmçinin, vitse-prezident Ceyms Devid Vensə ABŞ-ın Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda baş verdiyini iddia etdiyi genişmiqyaslı korrupsiya və cinayət hallarına diqqət yetirməyi tapşırdığını bildirib.
O, Minnesota, Kaliforniya və İllinoys ştatlarını nümunə göstərərək, bu bölgələrdə milyardlarla dolların mənimsənildiyini iddia edib. Trampın sözlərinə görə, korrupsiya hallarının aradan qaldırılması ABŞ büdcəsinin balanslaşdırılmasına kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 207 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Parisdən Antalyaya gedəcək
Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyə Respublikasına işgüzar səfər edəcək. xəbər verir ki, Baş nazir Antalyada keçiriləcək İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Liderlər Zirvəsində iştirak edəcək
11 noyabrKuşner və Uitkoff noyabrın 12-də Moskvada Putinlə görüşəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 12-də xüsusi nümayəndə Stiv Uitkoffla birlikdə Moskvaya səfər etməyi planlaşdırdığını bildirib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfl
11 noyabrDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsini
12 noyabrİndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bu gün ən azı altı dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatında bildirilib. Kül vulkanın zirvəsindən 1 km hündürlüyə qalxıb ki, bu da dəniz səviyyəsində
12 noyabrErmənistan İrandan qaz tədarükünün artırılmasını istəyib
Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını xahiş edib. xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, bu məsələ bu gün İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasınd
10 noyabr