ABŞ, Yaponiya, Avstraliya və Filippin Tayvan ətrafında birgə hərbi koordinasiya mərkəzi yaradır
ABŞ, Yaponiya, Avstraliya və Filippin Tayvan ətrafında mümkün hərbi böhran zamanı birgə fəaliyyətin əlaqələndirilməsi üçün yeni koordinasiya mərkəzi yaratmaq barədə razılığa gəliblər.
Reuters-in məlumatına görə, mərkəz dörd ölkənin hərbi planlaşdırma və məlumat mübadiləsini gücləndirməyə xidmət edəcək. Təşəbbüs Çinin Tayvan ətrafında və Qərbi Sakit okeanda hərbi fəallığını artırdığı bir vaxta təsadüf edir.
Çin Hərbi Dəniz Qüvvələrinin müxtəlif əməliyyat komandanlıqlarına məxsus gəmilərin iştirakı ilə keçirilən təlimlər Tayvan hakimiyyətində narahatlıq yaradıb.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Tayvan tərəfi bu fəaliyyətləri adanın mümkün blokadasına hazırlıq kimi qiymətləndirir.
Pekin isə təlimlərin müdafiə xarakterli olduğunu və heç bir ölkəyə qarşı yönəlmədiyini bildirir.
Reuters qeyd edir ki, Tayvan ətrafında mümkün blokada qlobal ticarətə və xüsusilə yarımkeçirici istehsalı ilə bağlı təchizat zəncirlərinə ciddi zərbə vura bilər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 302 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var
Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni
17 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021