Yumruqla qızının burnunu sındıran ata - Həbsdən buraxıldı

Yumruqla qızının burnunu sındıran ata - Həbsdən buraxıldıBir neçə ay əvvəl Abşeron rayonu Güzdək qəsəbəsində 19 yaşlı qızına yumruqla zərbələr endirərək xəsarətlər yetirmiş 1977-ci il təvəllüdlü Süleyman Əhmədovun (adlar şərtidir) məhkəməsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.

Məlum olub ki, S.Əhmədov mütəmadi olaraq evdə dava-dalaş salıb. O, bir neçə dəfə doğma qızlarına qarşı fiziki zorakılıq edərək döyüb və müxtəlif formada əzab verib.

Hadisə günü isə Süleyman arvadına hücum edərkən onun kiçik qızı araya girib və anasını qorumağa çalışıb. Bu zaman o, övladına yumruqla 2 zərbə endirərək burnunu sındırıb, həmçinin digər xəsarətlər yetirib. Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra S.Əhmədov barəsində cinayət işi başlanılıb, o həbs edilib.

Zərərçəkmiş şəxs məhkəmədə hadisəni belə təsvir edib: "Biz ailədə 3 uşağıq. Böyük qardaşım hazırda Rusiyada ali təhsil alır. Evdə atam, anam və bacımla birgə yaşayırıq. Anam Abşeron rayonundakı məktəblərdən birində müəllim işləyir, atam isə "Sədərək" ticarət mərkəzində özünə məxsus avtomobillə yük daşımaqla məşğul olur. Bacım Bakıdakı universitetlərdən birinin 4-cü kurs tələbəsidir. Uşaqlıqdan atamın tez-tez anamla münaqişələr etdiyini, onu incitdiyini görmüşəm. Biz böyüyəndən sonra atamın anamı incitməsi və döyməsinə etiraz etdikdə, o hər dəfə məni və bacımı döyürdü.

Lakin ailədaxili mübahisələr və qohumlar arasında biabır olmamaq üçün atamdan şikayət etməmişik. Atamın xasiyyəti tünddür, hər şeydən əsəbiləşir və yersiz mübahisələr edir. Demək olar ki, bu mübahisələr hər həftə baş verir. Hər dəfə münaqişə edərkən mənə fiziki və psixi iztirablar verib. Atam hər işimizə müdaxilə edib, geyimlərə və digər davranışlara yersiz iradlar tutaraq münaqişə yaradıb. Hər dəfə məni döysə və xəsarət yetirsə də, atam olduğuna görə şikayətçi olmamışam.

Hadisələrdən birində atam həmişəki kimi anamla mənim təhsil haqqımın ödənilməsi ilə bağlı münaqişə etdi. Bu vaxt anamı vurmaması üçün ona mane olmaq istəyəndə yumruqla göz nahiyəmə vuraraq xəsarət yetirdi. Atam pullu ixtsasda oxumağımı stəmirdi. Bu hadisədən sonra onunla ünsiyyət saxlamırdım. Çünki mənim və bacım barədə təhqiramiz sözlər işlətmişdi. Ancaq yenə də şikayət etmirdim.

Sonuncu dəfə bu ilin fevralında atam işdən evə qayıdandan sonra saat 23 radələrində anamla yenə dava saldı. Həmin gün bacım saat 16 radələrində Bakıdan - universitetdən qayıdarkən hava şəraitinin pis, yolun bağlı olması səbəbindən anam ona xalamgilə getməsini məsləhət görmüşdü. Çünki qəsəbəyə avtomobil də gəlmirdi. Bu səbəbdən bacım Qaradağ rayonu Sahil qəsəbəsinə xalamgilə getmişdi. Atam evə gələrək bacımın ondan xəbərsiz xalamgilə getməsinə görə münaqişə yaratdı və onu söydü. Anama hücum edib vurmaq istəyəndə araya girdim və mənə zərbələr endirdi, burnumu sındırdı. Bundan sonra artıq bezib polisə müraciət etdik".

Təqsirləndirilən şəxs isə ifadəsində qızını qəsdən vurmadığını, onu sadəcə itələdiyini və bu zaman yıxılaraq xəsarət ala biləcəyini deyib.

Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qız atasının 9 aydır həbsdə saxlanıldığını deyərək ondan artıq şikayətçi olmadığını bildirib.

Məhkəmə tərəflərin barışmasını və digər halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və məhkəmə zalından sərbəst buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 408   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət qulluqçusu olmaq istəyənlər üçün yeni qiymətləndirmə meyarı - EMOSİONAL İNTELLEKT

Dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin yalnız qanunvericilik və məntiq biliklərinin deyil, emosional intellekt bacarıqlarının da qiymətləndirilməsi məsələsi gündəmə gəlib. Bu yanaşmanın məqsədi dövlət qulluqçusu olmaq istəyən şəxslərin ünsiyyət qurmaq, emosiyalarını idarə etmək, stresli vəziyyətlərd

19 noyabr
.

Xırdalanda Yaşıllıqlar biznes maraqlarına qurban verilir - Rövşən adlı şəxsin fəaliyyəti araşdırılmalıdır!

Xırdalan şəhərində 11 saylı tam orta məktəbin arxasında aparılan qazıntı və tikinti işləri ciddi narahatlıq doğurur. xəbər verir ki, redaksiyaya daxil olan məlumatlara görə, tikinti işlərini Rövşən adlı Gədəbəy rayon sakininin apardığı iddia olunur. Ərazidə çəkiliş aparan jurnalistlərimiz yaşıllıqlar

19 noyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 20474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10282825 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış

20 noyabr
.

Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzilin alqı-satqısı başa çatdıqdan və mülkiyyət hüququ yeni sahibin adına rəsmiləşdirildikdən sonra belə, əvvəlki mülkiyyətçinin həmin ünvanda qeydiyyatda qalması ciddi hüquqi və praktiki problemlərə yol aça bilər. Belə hallarda yeni ev sahibi mənzildən istifadə, yaşayış yeri üzrə qeydiyyat və kommuna

19 noyabr
.

Ölkədə evlənmək istəyənlər azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin

20 noyabr
.

"Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd

19 noyabr
.

Reklamdan sifarişə qədər. Emil Hacıyevin "UPTURNLAB" QSC-da birləşdirdiyi iki sahə

Alıcı reklamı görür, mağazanın saytına keçir və bəyəndiyi məhsul haqqında bir sual verir: "Sabah çatdıra bilərsiniz?" Cavab üçün satış əməkdaşı anbardakı qalığı öyrənməli, ünvanı yoxlamalı və çatdırılma vaxtını dəqiqləşdirməlidir. Reklama xərclənən vəsaitin satışa çevrilib-çevrilməməsi bəzə

19 noyabr
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

19 noyabr
.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20 noyabr