Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?

Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?Azərbaycanda güzəştli kreditlər müxtəlif dövlət proqramları çərçivəsində müəyyən kateqoriyadan olan vətəndaşlara və sahibkarlara təqdim olunur. Bu kreditlər aşağı faiz dərəcələri, daha uzun ödəmə müddətləri və bəzi hallarda güzəşt dövrləri ilə adi kreditlərdən fərqlənir. Lakin onlardan yararlanmaq üçün müəyyən tələblərə cavab vermək, müvafiq sənədləri təqdim etmək və kreditin təyinatına uyğun şərtləri yerinə yetirmək lazımdır.

Bəs, güzəştli kreditlərdən hansı kateqoriyadan olan şəxslər yararlana bilər və müraciət zamanı hansı şərtlər tələb olunur? Bu kreditlərin faiz və ödəmə müddətləri adi kreditlərlə müqayisədə nə dərəcədə sərfəlidir və aztəminatlı ailələrin, gənclərin, eləcə də biznesə başlamaq istəyən şəxslərin maliyyə yükünü nə qədər azalda bilər?
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, Azərbaycanda bir neçə növ güzəştli kredit mövcuddur.

"Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Mənzil İnşaat Dövlət Agentliyinin xətti ilə güzəştli ipoteka kreditləri təklif olunur. Bu kreditlərin bir növü illik 4 faizlə, 100 min manatadək, 30 ilədək müddətə və minimum 10 faiz ilkin ödənişlə verilir. Digər ipoteka kreditinin illik faiz dərəcəsi 8 faiz, maksimal məbləği isə 250 min manatdır. Yəni müəyyən kateqoriyadan olan şəxslər 4 faizli güzəştli kreditdən yararlana bilir, digərləri üçün isə bu imkan nəzərdə tutulmur.

Təhsil sahəsində Təhsil Tələbə Krediti Fondu vasitəsilə tələbələrə güzəştlər tətbiq edilir. Sosial həssas qruplara aid tələbələr üçün 50 faizədək, digər tələbələr üçün isə 25 faizədək güzəşt imkanı mövcuddur. Kreditin əsas məbləğinin geri ödənilməsi üçün təhsil müddətini və müəyyən əlavə dövrü əhatə edən müddət nəzərdə tutulur.

Sahibkarlığın inkişafı istiqamətində isə əvvəllər Sahibkarlığın İnkişafı Fondu adlanan, hazırda Azərbaycan Biznesinin İnkişafı Fondu kimi fəaliyyət göstərən qurumun xətti ilə güzəştli kreditlər verilir. Ümumi şərtlərə əsasən, illik faiz dərəcəsi 5 faizədək, güzəşt müddəti isə 5 ilədək ola bilər. İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi şərtlər mövcuddur. Bu ərazilərdə 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5 faizlə kreditlər təqdim olunur.

Kənd təsərrüfatı sahəsində Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə faiz subsidiyaları tətbiq edilir. Kredit faizinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bundan başqa, aqrar lizinq imkanları da mövcuddur. Bu çərçivədə 7 ilədək faizsiz lizinq təklif olunur, damazlıq heyvanların alınması zamanı isə onların dəyərinin 60 faizədək hissəsinə güzəşt tətbiq edilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 469   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021