Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi sənət adamları arasında müzakirələrə səbəb olub. Muğam ifaçıları xanəndənin bu addımına münasibət bildiriblər.
Xanəndə Sabir Abdullayev Qaynarinfo-ya açıqlamasında Könül Xasıyevanın sözügedən məkanda çıxış etməsini dəstəklədiyini bildirib:
"Könül Xasıyeva muğam ifaçısı olmaqla yanaşı, gözəl mahnılar da ifa edir. Könül xanımın harada və necə oxuması onun şəxsi işidir. Pubda oxuyanda nə olar?"
Sözügedən məkandan ona da dəvət gəlsə, qəbul edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran xanəndə deyib:
"Mənim yaşıma uyğun deyil. Amma lap dənizin ortasında üç stul qoyub məni çağırsalar, öz repertuarımdan oxuyaram".
Əməkdar müəllim Qəzənfər Abbasov isə xanəndələrin bu gün müxtəlif məkanlarda çıxış etməsinə diqqət çəkib. O, məsələyə daha geniş prizmadan yanaşaraq sənət adamlarının sosial vəziyyətini də gündəmə gətirib:
"Şəhərin sanitar qovşaqlarında belə xanəndələrin ifalarını səsləndirirlər. İfa canlı olsun, yaxud da əvvəlcədən yazılmış səs yazısı səsləndirilsin, fərq etməz, bu, təhqirdir. Pubda oxumaq olar, çünki orada yaxşı şərait və tamaşaçı var. İnsanlar həmin məkana müğənniyə görə gedirlər. Yeraltı keçidlərdə tar və kamança çalırlar. Bunlar Azərbaycanın şah alətləridir. Restoranlarda isə dilənçi kimi saz çalanlar var. Əgər söhbət sənətin qeydinə qalmaqdan gedirsə, bunları da unutmaq olmaz.
Onların qarşısını almaq çətin olacaq. Çünki dolana bilmirlər, məcburiyyətdən həmin məkanlara üz tuturlar. Onlara maddi yardım etmək istəyən şirkətlər varsa, buyursunlar. Sənət adamlarını mədəniyyət ocaqlarında işlə təmin etsinlər, ayda 2000-2500 manat maaş versinlər. Görək, bundan sonra kim gedib həmin məkanlarda çalıb dolanacaq? Könül Xasıyeva həmin məkana gedib oxuyursa, deməli, ehtiyacdan bunu edir. Amma onun orada oxumasına inanmıram. Toylara aparan yoxdur, bəs necə dolansın? İki gündür "GTA 6" ("Grand Theft Auto VI") videooyununda Alim Qasımovun səsinin yer aldığı müzakirə olunur. Bəs onda deyək ki, niyə oxumusan? Xanəndə pul qazanmaq üçün hər yerdə oxuya bilər. Söhbət məndən gedirsə, restoranda oxumağa getmirəm. Amma belə məkanlarda çıxış edənlər var".
Qeyd edək ki, Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Xanəndənin bu addımını dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də az olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKanye Uest məhkəməyə verildi
Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbu
15 noyabrDekabrda evlənəcəklər
Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix
5 noyabrElton qızına toy edir
Əməkdar artist Elton Hüseynəliyevin ailəsində xeyir iş olub. Axşam.az xəbər verir ki, müğənninin qızı Nuray nişanlanıb. Bu haqda ifaçı "Qonaqcanlı" proqramında danışıb. O, kiçik qızının toyunun yaxın günlərdə olacağını bildirib:. "Nuray qızım Lətif adlı bəylə nişanlanıb. Bir sinifdə oxuyublar
20 noyabrƏrəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
Türkiyənin məşhur ekran işi "Yeraltı" serialındakı tərəf-müqabili Dəniz Can Aktaş ilə yaşadığı sevgi münasibəti ilə gündəmdə olan aktrisa Devrim Özkan haqqında qalmaqallı fikir irəli sürülüb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın onunl
13 noyabrTürkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir
Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir. Axşam.az xəbər verir ki, reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib. Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub. Prodüse
15 noyabrTacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola
29 oktyabr"Salman Xan 6 həftə məni qorudu"
Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistanda iştirak etdiyi layihə və Bollivud ulduzu Salman Xanla bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi "Qapqara" yutub layihəsində qonaq olarkən Hindistanda olduğu müddətdə Salman Xanın ona dəstək göstərdiyini bildirib. Oksana deyib ki, aktyoru
14 noyabr"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"
Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. -a istinadən xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:
10 noyabrAygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
9 noyabr