Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUALEvlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?

Gözünüz Lent.az-da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdim edirik:

1. Sevgilinizi həm fiziki, həm də emosional olaraq cazibədar görürsünüzmü?

Evlənmək qərarı heç vaxt yalnız xarici görünüşə əsaslanmamalıdır. Fiziki görünüş ilk növbədə vacib olsa da, əlaqəni uzun müddət davam etdirmək üçün emosional olaraq da bir-birinizə uyğunlaşmalısınız.

2. Ömrünüzün qalan hissəsini onunla keçirməyə hazırsınızmı?

Bu qərarı vermək asan deyil. Ömürlük öhdəliyə hazır olduğunuzdan əmin olmalısınız. Birlikdə dəyişməyə, böyüməyə və yaşlanmağa hazırsınızmı?

3. Problemlərinizi həll edə bilərsinizmi?

Unutmayın ki, evləndikdən sonra məsuliyyətləriniz artacaq və daha çox mübahisələr, hətta davalarınız olacaq. Aranızdakı fikir ayrılıqlarını razılaşma yolu ilə həll etməli və lazım gəldikdə qurban verməkdən çəkinməməlisiniz.

4. Sadiq və etibarlı olacaqsınız?

Bu sual əslində ömrünüzün qalan hissəsini eyni adama həsr etmək istəyinizə bağlıdır. Əgər evlənəcəyiniz adama sadiq qala bilmirsinizsə, niyə evlənmək istəyirsiniz ki?

5. Eyni inancları bölüşürsünüzmü?

Eyni inancın paylaşılması ən uğurlu evliliklərin ayrılmaz hissəsidir. Bu, cütlüyün tamamilə fərqli şəkildə bir-birinə bağlanmasına imkan verir. Birlikdə inkişaf etməyə və bir-birlərinə kömək etməyə daha çox meyllidirlər.

6. Onun axtardığı adam olduğunuza inanırsınızmı?

Gələcək həyat yoldaşınızın standartlarına cavab vermirsinizsə, qərarınızı yenidən nəzərdən keçirmək lazımdır. Unutmayın, evlilik asan deyil, buna görə də sizi olduğunuz kimi qəbul edən və evləndikdən sonra dəyişməyinizi gözləməyən biri ilə birlikdə olmalısınız. Eyni şey onun üçün də keçərlidir.

7. Oxşar həyatı, ailəni, evlilik tərzini və məqsədlərini bölüşürsənmi?

Səyahətdən nifrət etdiyiniz halda, bundan ən çox zövq alan biri ilə evlənməyi düşünün. Sizcə xoşbəxt evliliyə sahib ola bilərsinizmi? Karyera planlarınızdan, quracağınız ailə nizamından və ya uzun müddətdə həyatdan gözləntilərinizdən xəbərdarsınızmı? Bəs onun? Şübhəsiz ki, bəzi fərqlər olacaq, amma bu fərqlər sizi zənginləşdirməlidir.

8. Hər ikiniz uşaq sahibi olmaq istəyirsinizmi?

Uşaq sahibi olmaq, evlənməzdən əvvəl mütləq sevgilinizlə danışmalı olduğunuz bir şeydir. Bir tərəfin uşaq istəməsi və digərinin istəməməsi evlilik kimi böyük bir qərara ən çox təsir edəcək amillərdən biridir.

9. Onun ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tuta bilərsinizmi?

Xüsusilə ilk illərdə evlilikdə hər şey qarşılıqlı olur. Tərəflər ehtiyac və istəklərinə uyğun olaraq birgə qərarlar qəbul etməlidir. Özünüzü buna hazır hiss edirsinizmi? Evlilik komanda işidir. Bunu əsla unutmayın.

10. Onunla fəxr edirsinizmi?

Sevgiliniz müvəffəqiyyət əldə etdikdə, yaxud hər hansı məqsədinə doğru irəlilədikdə, onunla qürur duymalısınız. Ondan danışanda bu qürur üzünüzə və sözlərinizə təsir edirmi?

11. Onun ailəsini qəbul etməyə hazırsınızmı?

Yalnız sevgilinizlə deyil, ailəsi ilə də evlənirsiniz. Bir çox ad günü, toy, bayram və s. birlikdə olacaqsınız. Bəzən hətta maddi cəhətdən onlara dəstək olmaq lazım ola bilər. Bunu həqiqətən etmək istəyirsən, yoxsa bu sənin üçün işgəncədir?

12. Maliyyə məsələlərindən danışa bilərsinizmi?

Maddi problemlər boşanmanın ən çox yayılmış səbəblərindən biridir. Bu səbəbdən evlənməzdən əvvəl mövzu ilə bağlı danışmağı unutmayın.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2447   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021