Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1261 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabr