"Caliber": "Həmin vaxt Hikmət Hacıyev Kasprşik vasitəsilə Tonoyanla əlaqə saxladı" - TƏFƏRRÜAT

"Caliber": "Həmin vaxt Hikmət Hacıyev Kasprşik vasitəsilə Tonoyanla əlaqə saxladı" - TƏFƏRRÜATVətən Müharibəsinin başlamasından bir il sonra, o günlərin xüsusilə də təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini erməni ordusunun vəhşicəsinə bombalaması ilə əlaqədar indiyə qədər bilinməyən bəzi detallar tədricən ortaya çıxmağa başlayır.

Cəbhədə tam məğlubiyyətə düçar olan və bununla da insanlıq simasını tamamilə itirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması üçün cinayətkar əmri verdi. Tərtərin gecə-gündüz atəşə tutulması, eləcə də yuxuda olan Gəncəyə raket zərbələri endirilməsi həm beynəlxalq hüquqa, həm də müharibənin elementar normalarına açıq-aşkar təhdid idi.

Həmin vaxt mülki əhali arasında çoxsaylı itkilərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi düşmənlə əlaqə yaratdı. Məlumatlı mənbələrdən Caliber.Az-a məlum olub ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vasitəsi ilə Ermənistanın müdafiə naziri David Tonoyana Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirib və müharibənin bu cür vəhşiliyi istisna edən elementar qaydalarına riayət etməyə çağırıb.

Tonoyan da öz növbəsində Azərbaycan şəhərlərinin atəşə tutulmasını dayandırmaq üçün bütün lazımi tədbirləri görəcəyinə söz verib. Buna baxmayaraq, həmin gecə erməni qoşunları Tərtəri əvvəlkindən daha da şiddətli atəşə tutub. Görünür, erməni tərəfi kişi kimi müharibə etmək çağırışını səhvən zəifliyin təzahürü kimi qiymətləndirib. Yekunda isə bunun əvəzini ciddi şəkildə ödəyib. Lakin erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu düşməni döyüş meydanında cəzalandırdı.

Keçənilki müharibə zamanı baş vermiş başqa bir hadisə də David Tonoyanın şəxsiyyətini açıq şəkildə xarakterizə etmək üçün uyğun göstəricidir. Belə ki, müharibənin əvvəlində yenə Kasprşik vasitəsi ilə Tonoyana ölən əsgərlərin meyitlərinin mübadiləsi təklif edilib. Mübadilə prosedurunu asanlaşdırmaq üçün bunu Qazax və Tovuz istiqamətlərində etmək istənilib. Lakin Tonoyan cavab olaraq "bununla məşğul olmaq üçün vaxtının olmadığını" söyləyib. Erməni nazirin həyasız cavabı həm Azərbaycan tərəfini, həm də vasitəçilik edən Andjey Kasprşiki heyrətləndirib. Axı hələ o zaman məlum idi ki, Azərbaycanın canlı qüvvə itkisi daha azdır və Azərbaycan əsgərlərinin meyitlərinin çoxu Bakının nəzarətində olan ərazilərdədir, hansı ki bunu geri çəkilən Ermənistan silahlı qüvvələri haqqında söyləmək mümkün deyildi.

O dövrdə yüzlərlə erməni anası oğullarının taleyindən bixəbər idi – onlar sağdırmı, yoxsa ölüblər, əgər ölüblərsə, cəsədləri və qalıqları haradadır? Hətta Tonoyanın elementar humanitar məsələdə əməkdaşlıq etməkdən imtina etməsinə baxmayaraq, Azərbaycan erməni tərəfindən fərqli olaraq, tapılan bir çox düşmən əsgərinin cəsədini soyuducularda saxladı və döyüşlərin aktiv mərhələsinə baxmayaraq, onları Ermənistana təhvil verməyə hazır olduğunu açıq şəkildə bildirdi. Ancaq həmin zaman Tonoyanın vaxtı olmadı və məhv edilmiş erməni əsgərlərinin cəsədləri hələ də bütün hərbi əməliyyatlar arealı boyunca axtarılır.

Xatırladaq ki, hətta Nikol Paşinyanın inqilabından sonra da özünə "isti" bir yer tapmağı bacaran Tonoyan Ermənistanın keçmiş hakimiyyət orqanlarının bəslədiyi peşəkar fürsətçidir. 2004-2007-ci illərdə o, Ermənistan Silahlı Qüvvələrinin NATO-dakı nümayəndəsi olub. Əldə etdiyimiz məlumata görə, Tonoyan zəif əxlaqi xarakter və kompüter oyunlarına qeyri-sağlam bir ehtirasa sahib bir "qeymer" olub. O, sözün əsl mənasında həmin illərdə Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik edən Serj Sarqsyanın "əlaltı"sı olub.

Tonoyanın portretindəki daha bir diqqətəlayiq məqam – məhz o Avropaya səfərləri zamanı həm öz naziri, həm də Baş Qərargah rəisi (daha sonra Rusiyaya qaçan Mikael Arutyunyan) üçün asudə vaxt və əxlaqsız əyləncə tədbirləri təşkil edən şəxs olub. Bundan əlavə, müntəzəm olaraq Sarqsyanı Antverpenə, brilyantlar aldığı zərgərlik mağazalarına aparırdı.

Bugünlərdə Ermənistanın keçmiş müdafiə naziri həbs edildi, nazirin lüks evində və yaşlı anasının evində axtarışlar aparıldı. Bununla belə, Tonoyanın həbsxanada nə qədər qalacağı böyük sualdır. Fürsətçi və diribaş olduğunu nəzərə alaraq, Ermənistanın dövlət büdcəsini "doğra"dığı hər kəsi satacağını və istintaqın ona təklif etdiyi istənilən sövdələşməyə gedəcəyini gözləmək olar.

Biz də öz növbəmizdə hesab edirik ki, Tonoyanın həbsi hər şeydən əvvəl hərbi cinayətkarın həbsi anlamına gəlir. Ancaq indiyədək Ermənistanda müxtəlif hərbi cinayətkarları dinc Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətlər istisna olmaqla, istənilən hər hansı bir ittihamla həbsə göndərirlər. Beynəlxalq təşkilatlar və Qərb ölkələri sıravi əsgərlər səviyyəsində ehtimal olunan müharibə cinayətlərindən danışırlar, amma bununla belə, əsas məqamı - Azərbaycanın dinc şəhərlərini - Tərtər, Bərdə, Gəncəni bombalama əmri verən və Bakının təklif etdiyi ölən hərbçilərin meyitlərinin mübadiləsindən imtina edən insanları görmürlər.

Əgər Paşinyan Ermənistanı sivil dövlət hesab edirsə, onu nəinki müasir Ermənistanda heç kəsi təəccübləndirməyəcək, hətta heç kəsi qorxutmayacaq korrupsiya sxemlərində ittiham etmək əvəzinə, Tonoyanın müdafiə naziri kimi fəaliyyətində ən azı bu iki epizodu araşdırmaq məcburiyyətindədir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3114   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr