Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTO
Vətən müharibəsinə könüllü olaraq qatılan igidlərimizdən biri də Süleymanov Mirsüleyman Aydın oğludur. Şəhidimiz Vətən müharibəsinə gedərkən ailəsinə belə deməyib. Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan şəhid qəhrəmanımız 1998-ci il martın 30-da Bakı şəhərində anadan olub.
Atası Aydın Süleymanov Oxu.Az-a açıqlamasında oğlunun ali təhsil aldıqdan sonra hərbi xidmətə getdiyini deyir:
"2004-cü ildə 271 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. Daha sonra Azərbaycan Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. Tərtər rayonunda "N" saylı hərbi hissədə xidmət edib".
Atası deyir ki, oğlu müharibəyə getdiyini anasından və ondan gizlədib:
"Heç bizə deməyib ki, müharibəyə gedir. Anası ilə danışanda hər zaman hər şeyin yaxşı olduğunu deyirdi. Arada özüm də danışırdım ki, bəlkə anasını narahat etmək istəmir, mənə deyər. Amma demirdi. Mənə dedi ki arxa tərəfdəyik, ön cəbhədə deyilik. Amma sən demə müharibənin ilk günlərindən irəlidə olub. Müharibə başlayan vaxtdan bir neçə döyüş əməliyyatlarında iştirak edib.
Oktyabrın 15-də onların dəstəsi irəliləyərək Suqovuşana gəlib. Ağdərə istiqamətində hücum əməliyyatları zamanı bir neçə qəlpə Mirsüleymanı ağır yaralayır. Silah yoldaşları bildirirlər ki, o, iki erməni postuna daxil olub və düşmənləri məhv edib. Elə orada da yaralanıb və şəhid olub. Yoldaşları onun şücaəti barədə çox danışırlar. Özü həm manqa komandiri, həm də pulemyotçu olub. Bəzi döyüşlərdə pulemyotla iştirak etdiyi üçün yoldaşları ona "boyevik" deyib.
Öz komandiri ilə hücum əməliyyatlarında iştirak edib. Komandiri danışır ki, qorxmaz oğul idi. Şücaətinə görə onu Mübariz İbrahimovla müqayisə edirdilər. Qismətində şəhid olmaq varmış. Düşmənin atdığı minaatan mərmisi ilə 13 yoldaşıyla bərabər şəhid olub. Mənə dedilər ki, oktyabrın 15-i vurulub və neytralda qalıb".
Şəhid atası oğlunun itkin əsgərlər sırasında axtardığını deyib:
"Oğlum 13 gün neytralda erməni postunda qalıb. Daha sonra Bərdəyə morqa gətirilib. Biz onun nəşini çox axtardıq, təxminən 27 gün. Nəhayət tapdıq və noyabrın 20-də Bakıxanov qəsəbəsində torpağa tapşırdıq. Fəxr edirəm ki, belə igid oğul böyütmüşəm".
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirsüleyman Aydın oğlu Süleymanov ölümündən sonra "Vətən Uğrunda" , "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2035 Tarix: 06 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr