Hadrut əməliyyatının əhəmiyyəti... – İlham Əliyev

Hadrut əməliyyatının əhəmiyyəti... – İlham ƏliyevHadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq.

Sonxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir", - Prezident bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1054   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr