"Ermənilərə istənilən təxribata görə onqat cavab veriləcək" - DEPUTAT
Xəbər verdiyimiz kimi, oktyabrın 14-də saat 18:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının xidməti zonasında əsgərimizin snayper atəşi ilə qətlə yetirilməsi ermənilərin növbəti təxribatıdır:
"Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı verirəm. Minsk şəhərində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü ərəfəsində törədilmiş cinayət bir daha göstərdi ki, bölgədə dayanıqlı sülhün bərqərar olmasını istəməyən qüvvələr hələ də mövcuddur. Bu yaxınlarda İranın xarici işlər naziri və Ermənistanın baş naziri Moskvaya səfər etdilər. Lakin hər iki tərəf münaqişənin öz maraqlarına uyğun həlli ilə bağlı lazımi dəstək almadı. Rusiya tərəfinin qəti mövqe sərgiləməsi, təbii ki, həm Ermənistanı, həm də İranı qane edə bilməzdi. Bu baxımdan problemin həlli prosesindən kənarda qalmış xarici güclərin rolunu istisna etmək olmaz. Düşünürəm ki, təxribatların bir ünvanı da Rusiya sülhməramlılarına qarşı ola bilər. Ona görə də üçtərəfli 10 noyabr bəyannaməsinin bütün bəndləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Yəni Qarabağdan erməni silahlı birləşmələrinin tör-töküntüləri tamamilə çıxarılmalıdır. Əks halda, erməni tərəfi əldə olunmuş üçtərəfli razılaşmalardan irəli gələn şərtləri yerinə yetirməkdən yayınmaq üçün məqsədyönlü şəkildə təxribatlarını davam etdirəcək".
Deputat vurğulayıb ki, sosial şəbəkələrin erməni seqmentinin verdiyi məlumata görə, separatçıların "lider"i Araik Arutyunyan təzəlikcə İrəvana səfər edib və müharibədə iştirak etmiş zabit heyəti ilə görüş keçirib:
"Daha əvvəl belə bir görüş Xankəndində keçirilib. Bu onun göstəricisidir ki, ermənilər məğlubiyyətlə barışmaq niyyətində deyillər.
Bu hadisənin bir daha təkrarlanmaması üçün məsələ Rusiya-Türkiyə monitorinq mərkəzi tərəfindən ciddi araşdırılmalı, cinayəti təşkil edənlər, bilavasitə icraçılar müəyyənləşdirilməli və sərt şəkildə cəzalandırılmalıdırlar. Eyni zamanda, Ermənistana xəbərdarlıq olunmalıdır ki, istər dövlət sərhədində, istərsə də Qarabağ ərazisində Azərbaycan hərbçilərinə istənilən hücuma və təxribata görə onqat artıqlaması ilə cavab veriləcək".
Aysel Yusifqız
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Vətəndaş ABB-dən narazıdır
"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu