Skolioz hamiləliyə əngəl yarada bilər?
Skolioz çox yayılmış pozulmadır. Hamiləliyi planlaşdırdıqda skoliozun dərəcəsini bilmək çox vacibdir.
Skoliozun ilk mərhələlərində (1-ci və 2-ci) skolioz daxili orqanların fəaliyyətinə təsir etmir. Lakin skoliozun 3-cü və xüsusilə də 4-cü mərhələlərində onurğanın deformasiyası nəticəsində ürək və ağciyər öz fizioloji yerləşməsini dəyişir ki, bu da onların fəaliyyətinə mənfi təsir edir. Hamiləlik zamanı qadının tənəffüs və ürək-damar sistemləri güclü yükləmələrə məruz qalır. Skolioz nəticəsində fəaliyyəti pozulmuş bu sistemlər üçün belə yükləmələr hədsiz dərəcədə ağır ola bilər ki, bu da qadının sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yarada bilər.
Bu səbəbdən 3-cü və 4-cü dərəcəli skoliozu olan qadın hamiləliyini mütləq planlaşdırmalı və qabaqcadan ginekoloqun, terapevtin və ortopedin müayinələrindən keçməlidir.
Hamiləlik zamanı hətta sağlam qadınlar bel ağrılarından əziyyət çəkir. Bu böyümüş uşaqlığın onurğaya olan təzyiqi ilə bağlıdır.
Skoliozdan əziyyət çəkən qadınlarda bu ağrılar daha da şiddətli, dözülməz ola bilər. Bu zaman xüsusi bandajların taxılması, qoruyucu rejim kömək edə bilər.
Skoliozun yüngül formalarında təbii doğuş mümkündür, lakin daha ağır formalarda qadına qeysəriyyə kəsiyi təyin oluna bilər.
Beləliklə, əksər hallarda skolioz hamiləlik və doğuş üçün əngəl yaratmır. Sadəcə qadın özünü mümkün qədər qorumalı və daim həkimlərin nəzarətində qalmalıdır.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1834 Tarix: 22 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabr