Faciəvi şəkildə həlak olan şəhid xanımı dəfn edildi - FOTO
Dünən Kürdəmir rayonunda idarə etdiyi maşını aşıraraq qəzada həlak olan şəhid xanımı Günel Ələsgərova dəfn edilib.
"Qafqazinfo" xəbər verir ki, şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı G. Ələsgərova Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Şəhidin həyat yoldaşı babası, nənəsi və dayısının məzarının yanında dəfn edilib.
Yaxınlarının bildirdiyinə görə, Günel Ələsgərova ilə birgə maşında olan və hadisə yerində həlak olan Emin Tağıyev polkovnik olub. O, şəhid Rəhim Hüseynovun yaxın dostu olub.
Onlar şəhidin ildönümü ərəfəsində Zərdab rayonunda keçirilən anım mərasimində iştirak etmək üçün rayona gedirmişlər. Şəhid R. Hüseynovun sonbeşiyi olan oğlu da maşında olub. Qəza nəticəsində o da xəsarətlər alsa da, hazırda vəziyyəti yaxşıdır.
Hadisədən bir gün əvvəl isə Bakıda şəhid Rəhim Hüseynovun anım mərasimi keçirilib.
İlkin ehtimala görə, G. Ələsgərovanın maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verib.
Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3049 Tarix: 22 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrPeşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrGöyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
26 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabr