Balakəndə qaydalara riayət etməyənlər cərimələnib - FOTO
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Balakəndə ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.Həmçinin, peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Qapalı məkanlarda aparılan yoxlamalar zamanı isə pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşan obyekt sahibləri, alıcı və satıcılar müəyyən edilib. Polislər həmin şəxsləri qapalı məkanlarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Eləcə də sahibkarlara ciddi xəbərdarlıq edilib, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı