Azərbaycanda kolleclərə verilən yeni status tələbələrə nə qazandıracaq?

Azərbaycanda kolleclərə verilən yeni status tələbələrə nə qazandıracaq?Ölkəmizdə fəaliyyət göstərən bır sıra kollecə publik hüquqi şəxs statusunun verilməsi onların idarəetməsini təkmilləşdirəcək, tədrisin keyfiyyətini artıracaq, əmək bazarına uyğun kadrların hazırlanmasını stimullaşdıracaq

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Ölkəmizdə fəaliyyət göstərən bır sıra kollecə publik hüquqi şəxs statusu verilib. Baş nazir Əli Əsədovun imzaladığı qərar yeni olsa da, əslində, məsələ bir neçə il əvvəldən gündəmdə idi. Kolleclərin indiyə qədərki fəaliyyətlərinin qənaətbəxş olmaması bu qərarın verilməsində rol oynayıb. Belə ki, bir növ "məzun" istehsalı ilə məşğul olan orta ixtisas müəssisələrinin buraxılışları nə əmək bazarının tələblərinə, nə də müasir standartlara cavab verib. Ekspertlər də ölkənin 54 orta ixtisas təhsili müəssisəsində təhsil alan 58 minə yaxın tələbəni əmək bazarında görə bilmədiklərini narahatlıqla qeyd edirlər.

Yeni qərar publik hüquqi şəxs statusu verilən 20-ə yaxın kollecin fəaliyyətinə şamil edilib. Əsas sual kolleclərin bundan sonrakı fəaliyyətlərində yaranacaq dəyişikliklə bağıdır.

Publik hüquqi şəxs nədir?

Qeyd edək ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs adi hüquqi şəxsdən fərqli olaraq kifayət qədər imtiyazlara sahibdir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də, mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.

İş tapmaqda çətinlik

Publik hüquqi şəxs statusu alan və 95 müəllimi, 900-ə yaxın tələbəsi olan Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namik Ağayev "Kaspi"yə açıqlamasında yeni statusun rəhbərlik etdiyi müəssisəyə və ya digər kolleclərə hansı üstünlüyü qazandıracağını deməkdə çətinlik çəkir: "Bu, bağlı qapıdır. Yalnız açılandan sonra bilinəcək. İndi bizim müstəqil idarəetməmiz və məktəb rəhbərliyi kimi heç bir hüququmuz yoxdur. Publik hüquqi şəxslər haqqında qanuna görə, bundan sonra kolleclərə müəyyən muxtariyyət veriləcək". Direktor kollecin əvvəlki statusuna toxunaraq məzunlarının iş tapmaqda çətinlik çəkdiyini bildirdi: "Kolleclərdə çox istedadlı tələbələr oxuyur. Onların bir qismi subbakalavr kimi daxil olur. Kolleci bitirəndə isə iş tapmaqda çətinlik çəkirlər. Onları əmək bazarına yönləndirmək lazımdır". Direktor kolleclərin fəaliyyətinin qənaətbəxş olmaması fikri ilə razılaşmır: "Düşünmürəm ki, kolleclər günün tələblərinə cavab vermir. Düzdür, Oksford və ya Kanada universitetləri deyil, amma cəmiyyət üçün normal vətəndaş yetişdirə bilirik". Bununla belə, direktor yeni statusun kolleclərə fayda gətirəcəyinə şübhə etmir: "İnanıram ki, təhsilimizin xeyrinə olacaq".

Tədris keyfiyyətli olmayanda

Ekspertlərin fikrincə, yeni qərar kolleclərə yeni yanaşma gətirməlidir. Belə ki, həmən kolleclər bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına yox, daha çox göstərdikləri xidmətə görə maliyyələşəcəklər.

Təhsil eksperti Kamran Əsədovun qərara münasibəti müsbətdir: ""İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir". Ekspert kolleclərin əksəriyyətində tədrisin yüksək səviyyədə olmadığını qeyd edir: "Bu gün xüsusən ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin kolleclərə üz tutduğunu görürük. Çünki gələcəkdə subbakalavr kimi ali məktəblərə qəbul olmaq imkanı var. Bu o demək deyil ki, kollec məzunları zəifdir. Əksinə, kifayət qədər savadlı kollec məzunları var. Sadəcə olaraq, bir çox kollecdə tədris keyfiyyətli deyil".

Milyonlarla vəsaitə qənaət

K.Əsədov hesab edir ki, təhsil müəssisələrinin əksəriyyəti publik hüquqi şəxsə çevrilməlidir: "Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər. Bu, 100 milyonlarla büdcə vəsaitinə qənaət etməyə imkan yaradacaq. Eyni zamanda istedadlı, Qərb menecmentini bilən şəxslər həmin qurumların büdcəsinin formalaşdırılmasına yardımçı olacaqlar. Yəqin ki, bir müddətdən sonra bu, təhsil sisteminə də şamil olunacaq. Bir çox ali və orta ixtisas təhsili müəssisələri var ki, onlar əhalidən gəlir əldə edirlər. Belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq?"

Ən yaxşı format?

"Təhsil sisteminə aid çoxlu bina, torpaq resursu, texnika, avadanlıq mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks reaksiyalar olur. Belə olmasın deyə həmin müəssisələrə publik hüquqi şəxs statusunun verilməsi ən yaxşı formatdır.
Belə olan halda şişirdilmiş xərclərə, dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasına da ehtiyac olmur. Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki?"

Başqa çıxış yolu olmayanda

Yeni statusun kolleclərə müstəqillik, müasir tədris planları və vəsaitləri qazandıracağı müsbət haldır. Bu, onların həm idarəetmə, həm də maliyyə muxtariyyətinə stimul yaradacaq. Təbii ki, effektiv idarəetmə olanda, həmin kolleclərin qarşısına standart tələblər qoyulanda, monitorinq aparılıb nəticələr tələb olunanda, maliyyə resurslarının düzgün idarə olunmasına nəzarət olanda hesabatlılıq da, şəffaflıq da artacaq. Onda kolleclər üzərlərinə düşən vəzifəni daha səmərəli icra etməyə çalışacaqlar. Çünki başqa çıxış yolu yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3800   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Haber Global": "Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yaşamağa davam edir" - VİDEO

Bütün həyatını dövlətinə və xalqına adayan ümumilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı videomaterialda qeyd olunub. "Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və ölkəsinin sabitliyini

10 may
.

Adil Kərimlinin alim dayısı vəfat etdi

Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib. "Qafqazinfo" xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib. O, bu gün Gəncə şəhərində "Köhnə Səbiskar" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində A.Kərimli də iştirak edib. Qeyd edək ki

12 may
.

Akif İslamzadənin son durumu açıqlandı

Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü

11 may
.

Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO

Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay

10 may
.

60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR

7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu

10 may
.

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala

11 may
.

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal

11 may
.

Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır". Bunu -a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:. "O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbayca

10 may
.

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır. Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtı

12 may