Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - FOTO
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə sosial media hesabında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi kimi iştrakından yazıb.
Oxu.Az xəbər verir ki, Cavanşir Paşazadə "Facebook" hesabındakı paylaşımında dəfələrlə kobud orfoqrafik səhvlərə yol verib.
Belə ki, cəmi bir cümlədən ibarət olan paylaşımında "prezident" sözünü "prizident", "tərəfindən" əvəzinə "tərəfinnən", "müşahidəçi" sözünü "muşahidəçi" kimi qeyd edib.
Üstəlik, deputatın təmsil etdiyi ölkənin adının düzgün yazılış qaydasını bilmədiyini məlum olub. Cavanşir Paşazadə paylaşımında "Azərbaycan" sözünü "Azarbaycan" olaraq qeyd edib.
Bu səhvləri ilə deputat ümumiyyətli Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğu sübut edib.
Deputatın paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub, o, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.
Cavanşir Paşazadə daha sonra paylaşımını silib.
Onun sosial media hesabında yazdıqlarını olduğu kimi təqdim edirik:
"Özbəkistan respublikasında keçirilən Prizident seçkilərində , Azarbaycan respublikasının parlamenti tərəfinnən muşahidəçi kimi iştirak edirəm".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3046 Tarix: 25 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrGöyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardı
26 oktyabr