"Bilirəm ki, bu ayrılıq qiyamətə qədər çəkəcək" - Şəhidin anasından ürəkdağlayan paylaşım - FOTO-VİDEO
Bu gün şəhid leytenant Tural Yadulla oğlu Eyyubovun şəhadətindən bir il ötür.
Sonxeber.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 27 sentyabr 2020-ci il tarixində başlayan müharibədə Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Ata olmağa hazırlaşan Tural oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. O, Kürdəmir rayonunda dəfn olunub.
Hərbi hissə qarşısına qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə, bundan əlavə, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidimiz ailəli olub və şəhadətindən sonra Məryəm adlı qız övladı dünyaya gəlib. 2019-cu ildə öz toyunda Azərbaycan bayrağına bürünən Tural sanki şəhadətinə bir işarə verib.
İldönümü ilə bağlı bu gün Kürdəmirin Mollakənd kəndində şəhidin anım mərasimi keçirilib.
Şəhid leytenantın ildönümü ilə bağlı anası Gülnar xanımın paylaşımı ürək dağlayıb:
"Bu gün zəng vurdun, dedin ki, 4 gün mənə zəng çatmayacaq. 4 gün oldu, 1 il. Hələ də zəngini gözləyirik, ay Tural. Amma bilirəm ki, bu ayrılıq Qiyamətə qədər çəkəcək. Şəhadətin mübarək, cənnət qoxulum".


Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı