Məhkəmə ginekoloqa elektron qolbağın taxılması barədə qərar çıxarıb
Bərdə Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Tahirə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
T.Allahverdiyeva hökmdən narazı qalıb və Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, 2020-ci ilin may ayının 19-da Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Səhiyyə Nazirliyinin "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə" Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini R.Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində sonuncunun ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlara əsasən T.Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı