Bu ölkədə 5 yaşa qədər uşaqlar ölür: Azərbaycanda yeni virus təhlükəsi var?

Bu ölkədə 5 yaşa qədər uşaqlar ölür: Azərbaycanda yeni virus təhlükəsi var?Konqoda son zamanlar naməlum səbəbdən 5 yaşa qədər uşaqların ölüm halı qeydə alınıb. Səbəb kimi bəziləri malyariyanı, bəziləri isə başqa xəstəliklərin olduğunu iddia edirlər. Ölkəmizdə də uşaqlar arasında belə bir xəstəliyin yayılma ehtimalı varmı?

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.

O bildirib ki, Konqodakı virus dünya üçün ciddi təhlükə kəsb etmir və yeni pandemiya yaratmaq təhlükəsi daşımır:

"Narahatlığa səbəb budur ki, hazırda Konqoda 2 ayrı şəhərdə bu xəstəlikdən günə 4 uşaq ölümü qeydə alınır. Xüsusilə 5 yaşa qədər uşaqların xəstələnib ağırlaşması faktı törədicinin malyariya deyil, başqa infeksiya ola biləcəyi şübhəsini doğurur.

Lakin, həmin uşaqarda malyariya testi ekspress-müayinə zamanı pozitiv çıxıb, müayinənin daha dəqiq üsullarla aparılıb-aparılmadığı barədə isə heç bir məlumat verilmir.

Malyariya barədə danışsaq, bu xəstəlik endemik transmissiv infeksion xəstəlikdir. Yəni infeksiya həşərat vasitəsilə insandan insana ötürülür. Xəstəliyi daşıyan həmin həşəratlar dişi "Anofeles" ağcaqanadlarıdır və bu tip infeksiyaların ocağı yalnız həmin həşəratların yaşadığı arealda lokallaşır. Həmin həşəratların habitatı xaricində xəstəlik ciddi təhlükə kəsb etmir və yeni bir pandemiya yaratmaq təhlükəsi daşımır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2110   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bağırsaq sağlamlığı üçün nə içmək lazımdır? - Yeni araşdırma

Kefir istehlakının mikrobiom balansında dəyişikliklərlə əlaqəli olduğu və bunun həzm, immun və metabolik sistemlərin sağlamlığına müsbət təsir göstərə biləcəyi müəyyən edilib. Qaynarinfo xəbər verir ki, bu barədə kefirin sağlamlığa təsiri ilə bağlı alimlərin apardığı geniş icmalda qeyd olunur. Araşdırm

19 dekabr
.

Kişilərin beyni qadınlarınkından daha tez kiçilirmiş...

Alimlər yaş artdıqca insan beyninin necə dəyişdiyini araşdırıb. Məlum olub ki, kişilərin beyni yaşlandıqca qadınların beyninə nisbətən daha sürətlə kiçilir. Qaynarinfo xəbər verir ki, bununla bağlı araşdırmanı Norveçin Oslo Universitetinin tədqiqatçıları aparır. Maraqlıdır ki, buna baxmayaraq Altsheyme

18 dekabr
.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

3 dekabr
.

İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...

Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal

17 dekabr
.

Gündə bir fincan çay sümükləri qoruyur?

Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir. Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də

16 dekabr
.

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün

7 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Bu ərzaqlar mənfi kalorilidir

Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur. "Qafqazinfo" xəbər verir ki, bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir. Məsələn, xiyarın bir parçasınd

2 dekabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr