Vitrin və kassa qiyməti fərqlidirsə, müştəri hansını ödəməlidir? - AÇIQLAMA
Marketlərdə hər zaman vitrində olan qiymət aşağı, kassada skanerdə olan qiymət isə yüksək olur.
Bu sözləri Unikal.org-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O deyib ki, hələ bir dəfə də olsun görməmişik ki, qiymət vitrində yüksək, skanerdə aşağı olsun: "Soruşanda isə bəhanə gətirirlər ki, yanlışlıq olub, yaddan çıxıb. Əgər yaddan çıxırsa, niyə bir dəfə də olsun, əksinə olmur".
Birliyin sədrinin sözlərinə görə, istehlakçının hüququ var ki, vitrində nə qiymət görübsə onu da versin: "İstehlakçı mütləq mağazanın rəhbərliyinə məlumat verməli, vəziyyəti dəyişdirmək üçün təşəbbüs göstərməlidir. İqtisadiyyat Nazirliyinə məlumat verilməlidir. Dövlət orqanları effektiv işləsə, əslində belə marketləri cərimə gözləyir. Bu bilərəkdən süni qiymət artımıdır".
"Ölkəmizdə bu kimi halların çox yaşanmasının əsas səbəbi qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda marketlər üçün heç bir hüquqi qayda, yaxud sənədin olmamasıdır. Marketlər nəinki istehlakçılarla, eləcə də məhsul gətirənlərlə çox aqressiv davranırlar. Marketlər üçün müəyyən qaydalar hazırlanması üçün dəfərlərlə Nazirlər Kabinetinə müracit etsək də, nəticə yoxdur" – deyə, o, bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1481 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabr