Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs 19 il azadlıqdan məhrum edildi
Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən Volqoqrad sakini barədəsində məhkəmə qərarı məlum olub.
17 yaşlı Timur Qavrilovu qətlə yetirən 22 yaşlı Rusiya vətəndaşı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarına əsasən, 2020-ci il iyunun 13-nə keçən gecə Voroşilov rayonu ərazisində Azərbaycan vətəndaşı olan yeniyetmənin meyiti tapılıb. Mütəxəssislər onun bədənində çoxlu nüfuzedici bıçaq yaraları aşkar ediblər.
Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlamağa nail olublar. Belarusda gizlənən hücum edən şəxs Smolenskdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, V.Vasilyevin qanunsuz olaraq odlu silah hazırlaması və saxlaması da müəyyən edilib. O, törətdiyi əməllərə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə həmçinin zərərçəkmiş tərəfin 1,7 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbini təmin edib.
Qeyd edək ki, Timur Qavrilov Volqorad Tibbi Universitetinin I kursunda təhsil alırmış. Dostlarıgildən gələn Timur 20 bıçaq zərbəsi ilə qətlə yetirilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1688 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabr