Azərbaycanda yeni tərəvəz növləri yaradılıb

Azərbaycanda yeni tərəvəz növləri yaradılıbKənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yeni tərəvəz növləri yaradıb.

Sonxeber.az xəbər verir ki, bunu "report"a açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.

O, ilk növbədə xatırladıb ki, İnstitut fəaliyyət göstərdiyi 1965-ci ildən bəri 65-dən çox yeni tərəvəz növü yaradıb:

"Bunlardan 3-ü kartofdur, o cümlədən məşhur "Telman"dır ki, bu gün xüsusilə Gədəbəy rayonunda əkilir. Uzun müddət idi ki, yeni kartof növlərini dövlət qeydiyyatına alınması məqsədilə təqdim etmirdik.

2019-cu ildə 4, 2020-ci ildə isə 3 yeni kartof növünü Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə qeydiyyatdan keçirilməsi üçün təqdim etmişik və patent verilməsini gözləyirik. Yeni növlər əvvəlki növlərə nisbətən daha məhsuldar və xəstəliklərə daha dözümlüdür".

Bundan başqa, sədrin sözlərinə görə, bu il institutun seleksiyaçı alimlərinin yaratdığı, istixana şəraitində yetişdirmək üçün nəzərdə tutulan 10 yeni pomidor növü də dövlət qeydiyyata alınması üçün aidiyyəti üzrə təqdim edilib:

"Onların arasında "cherry", bif, salxım, kokteyl, çəhrayı tipli pomidor növləri var. Bununla yanaşı, istixana şəraitində yetişirilən 3 xiyar növünü də qeydiyyatdan keçirilməsi üçün təqdim etmişik. Hər üç növ az tikanlıdır və ölçülərinə görə bir-birindən fərqlənir.

Həmçinin istixana şəraitində becərilməsi nəzərdə tutulan şirin bibərin 2 yeni növü də təqdim olunub. Həmçinin, bu il 2 mətbəx çuğunduru növlərini təqdim etmişik. Həmin növlərdən birinin adı "Favorit", digərinin adı isə "Avanqard"dır. Bu növlər digərləri ilə müqayisədə daha məhsuldardır".

E.Allahverdiyev onu da deyib ki, səbzə tərəvəzlərin də seleksiyasına diqqət yetirilir:

"Bu il 4 göyərti növü dövlət qeydiyyatına alınması üçün təqdim olunub. Bu istiqamətdə yeni seleksiya işlərinə ehtiyac var idi, qeydiyyatdan keçirilmiş milli göyərti növləri, demək olar ki, yox idi.

Bu da sertifikatlı toxumların əldə olunmasında müəyyən çətinliklər yaradırdı. Son illər, xüsusilə 2018-ci ildən seleksiya işləri daha da sürətləndirilib.

İstixana şəraitində, laboratoriyada biotexnoloji üsullarla istifadə etməklə sürətli seleksiya işləri aparılır, müasir texnologiyalardan istifadə olunur.

Daha məhsuldar və xəstəliklərə dözümlü növlərin əldə olunması üçün artıq genetik markerlərin oxunmasına da başlanılıb. Ekzotik tərəvəzlər - brokkoli, gül kələmi, batat, qulançar, ənginar, müxtəlif tipli kahılar üzərində də seleksiya işləri həyata keçirilir.

Bir qədər əvvəl isə 2 yeni sarımsaq növünün ("Möcüzə" və "Aişə") və yemişin "Nihal" növünün patentləri İnstituta təqdim olunub".

"Yeni yaradılmış tərəvəz növlərinin ilkin olaraq institutda dequstasiyası təşkil olunur. Dequstasiya komissiyasının bəyəndiyi növlər daha sonra dövlət qeydiyyata alınması üçün təqdim edilir", - deyə o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1677   Tarix: 04 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr