Hikmət Hacıyev: "Qarabağ münaqişəsinə son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir"
"Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir".
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevsözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.
Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi. Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi.
İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.
"Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir", - deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR