Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC-ın məlumatına görə, təbrikdə deyilir:
Cənab Prezident, Əziz Qardaşım.
Can Azərbaycanın Zəfər Günü münasibətilə türk milləti adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarımı ən səmimi hisslərimlə təbrik edirəm.
Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcəkdir.
Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da "Bir millət, iki dövlət" şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur.
Azadlıq uğrunda şəhid olan qardaşlarımızı rəhmət və ehtiramla yad edir, qələbə yolunu açan qazilərimizə minnətdarlığımı bildirirəm.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı çatdırıram.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1061 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen
2 iyulHacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda
11 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyunİƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin
25 iyun