Kondisioner sizi iflic edə bilər

Kondisioner sizi iflic edə bilərYay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı az deyilmiş.

Sonxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı axar.az-a danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, gecə yatarkən kondisioner mütləq şəkildə söndürülməlidir.

"Təsəvvür edin ki, orqanizmdə hərarət 1 dərəcə qalxanda ürək döyüntülərinin sayı 10-dək artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Ona görə də kondisionerdən ağılla, tibbi parametrlərə uyğun şəkildə istifadə olunmalıdır", - ekspert bildirib.

Professor normal iş şəraitində kondisionerin temperaturunu 20-22 dərəcədə saxlamağı və fasilə ilə işlətməyin məsləhətli olduğunu vurğulayıb:

"Kondisionerin hava vuran yerini insanın üstünə yönəltmək də düzün deyil. Soyuq vuran yelpiyi tavana tərəf yönəltmək lazımdır ki, soyuq külək nəfəs orqanı vasitəsilə birbaşa insan orqanizminə daxil olmasın. Məsləhətim odur ki, insanlar kondisionerlə bağlı saat normasına əməl etməsə də, temperatur həddini mütləq gözləsin".

Tibb eksperti kondisionerlərin təmizlənməməsi nəticəsində legionellez xəstəliyinin yarana biləcəyini bildirib:

"Kondisioner xəstəliyi" kimi də adlandırılan legionelloz xəstəliyi yay aylarında insanların əsas probleminə çevrilir. Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir".

Professor maşında istifadə edilən kondisionerin bronxit, sətəlcəm, sinuzit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb ola biləcəyini bildirib.

A.Qeybullanın sözlərinə görə, üz dərisinin kondisioner havası ilə təmas etməsi dəri iflicinə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1875   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəhvənin bilinməyən faydası aşkarlandı

Yeni bir araşdırmaya görə, qəhvə yalnız səhərlər oyanmağı asanlaşdırmır. Onun müntəzəm istehlakı bağırsaq mikrobiotasına müsbət təsir göstərə, stress səviyyələrini azalda və zehni performansa töhfə verə bilər. Qəhvə illərdir enerji verən içki kimi tanınır. Lakin son elmi tədqiqatlar onun bağırsaq v

27 aprel
.

Qaraciyər transplantasiyasında inqilabi addım: Xəstələr dərmansız yaşaya biləcəklər

ABŞ həkimləri donor qaraciyərinin köçürülməsi üzrə yeni strategiyanın ilk iki klinik sınaq mərhələsini uğurla başa çatdırıblar. Bu üsul orqan resipiyentinə rədd edilmə reaksiyasından və immuniteti yatıran preparatların qəbulundan imtina etməyə imkan verir. xəbər verir ki, bu barədə Pitsburq Universitetini

19 aprel
.

3 möcüzə üçün bunu yeyin

Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır. Mövsüm dəyişikliyi ilə insanların immunitetə daha çox ehtiyacı var. xəbər verir ki, belə meyvələrdən biri də heyvadır. A, B, C vitaminləri və potaşla zəngin olan heyva xərçəng, bağırsa

13 aprel
.

Yumurta min bir dərdin dərmanıdır -ARAŞDIRMA

Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır. xəbər verir ki, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, "yaxşı xolesterin" (HDL) səviyyəsin

19 aprel
.

Hər gün ağ çörək yesəniz, bədəninizə nə baş verər?

Əgər siz hər gün ağ çörək yemək istəyi hiss edirsinizsə, bu vərdişin sağlamlığa təsiri ilə maraqlana bilərsiniz. Qaynarinfo xəbər verir ki, bu barədə "Real Simple" yazır. Nəşr qeyd edir ki, bir çox insan onun zərərli olduğu barədə fikirlərə baxmayaraq hər gün ağ çörək istehlak edir. Digər bi

20 aprel
.

Bu tərəvəz əsl möcüzədir!

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. "Qafqazinfo"nun məlumatına görə, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir. Eyni zamanda

25 aprel
.

Zeytun yağı və limon suyu qarışımı arıqlamağa kömək edir? - DİYETOLOQLAR AÇIQLADI

Son illərdə sosial mediada "səhər acqarına möcüzəvi qarışıqlar" trendə çevrilib. Xüsusilə zeytun yağı və limon suyunun birlikdə içilməsi həm arıqlama, həm də "orqanizmi təmizləmə" vasitəsi kimi təqdim olunur. Bəs görəsən bu qarışım doğurdanmı faydalıdır? . Sorğu ünvanladığımız diyetoloqla

17 aprel
.

Nevroloqlar bu gün dayandırmalı olduğunuz 5 vərdişi açıqladı

Beyin fasiləsiz işləyən orqandır: məlumatları emal edir, əhval-ruhiyyəni tənzimləyir və bədənin fəaliyyətini idarə edir. Bir çox insan ürək sağlamlığına və çəkiyə diqqət yetirsə də, beyin sağlamlığını çox vaxt unudur. Yaddaş zəifliyi, diqqət dağınıqlığı və "beyin dumanı" kimi problemlər ortay

22 aprel
.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbulu və duzlu qidaların çox istehlakı bu xəstəliyin riskini artıran əsas amillər sırasındadır

17 aprel