Bu uşaqlara vaksin vurdurulmalıdır - Eyvazov
Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur.
Sonxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Trend-ə açıqlamasında deyib.
O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib.
"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur. Çünki təcrübələr göstərir ki, həmin uşaqlar risk qrupundadır və xəstəliyi ağır keçirirlər. Digərlərinə də tövsiyə olunur, ancaq birinci növbətə risk qrupunda olan uşaqlara vaksin vurdurulmalıdır. Valideynlər arasında aparılan maarifləndirmə işi də bu istiqamətdə olmalıdır ki, onlar peyvəndin uşağı üçün lazım olduğunu bilsinlər", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer ("Comirnaty") vaksininin vurulmasına icazə var.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2150 Tarix: 21 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qulançar mövsümündən düzgün faydalanmağın sirri
Yaz aylarının sevilən tərəvəzlərindən biri olan qulançar (asparagus) yalnız dadı ilə deyil, həm də zəngin qida dəyəri ilə diqqət çəkir. Mövsümündə istifadə edilən qulançar həm daha faydalı, həm də daha ləzzətli olur. xəbər verir ki, bu yaşıl bitkinin sağlamlıq üçün bir çox faydası var. Vitamin və minera
21 aprelHər gün niyə çay içməliyik? - Diyetoloqlar 5 səbəb açıqladı
Hər gün içilən bir fincan çay yalnız sakitləşdirici bir ritualla məhdudlaşmır, həm də bədəni nəmləndirməklə yanaşı, sağlamlığa daha geniş təsir göstərə bilər. Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar çayın gündəlik istifadəsinin sağlamlığa 5 əsas faydasını açıqlayıb
27 aprelYeni koronavirus ştammı immuniteti qismən aşa bilər
"Tsikada" adlanan yeni koronavirus variantı artıq iyirmidən çox ölkədə aşkarlanıb və dəyişərək yeni mutasiyalar toplamaqda davam edir. Bu variant peyvənddən və ya əvvəlki yoluxmadan sonra formalaşmış immun müdafiəni qismən aşa bilir. Bununla belə, əksər hallarda xəstəlik nisbətən yüngül keçir
19 aprelYorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir. xəbər verir ki, bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyini
2 mayNevroloqlar bu gün dayandırmalı olduğunuz 5 vərdişi açıqladı
Beyin fasiləsiz işləyən orqandır: məlumatları emal edir, əhval-ruhiyyəni tənzimləyir və bədənin fəaliyyətini idarə edir. Bir çox insan ürək sağlamlığına və çəkiyə diqqət yetirsə də, beyin sağlamlığını çox vaxt unudur. Yaddaş zəifliyi, diqqət dağınıqlığı və "beyin dumanı" kimi problemlər ortay
22 aprelHansı şəxslərə idman etmək olmaz? - Həkimlər xəbərdarlıq edir
Mütəxəssislər bəzi hallarda fiziki aktivliyin sağlamlıq üçün riskli ola biləcəyini bildirir. Hipertoniya xəstəliyi nəzarətsiz olan şəxslərə ağır idman tövsiyə edilmir. Xüsusilə təzyiq kəskin yüksəldikdə məşq təhlükəli sayılır. xəbər verir ki, aşağıdakı hallarda idman məhdudlaşdırılmalıdır:. -ciddi ürək-dama
13 aprelXərçəng xəstəliyinə yoluxanların sayı niyə durmadan artır?
Bir çoxları hesab edir ki, onkoloji xəstəliklər texniki tərəqqinin "nəticəsidir". Kütləvi şüurda keçmiş daha təmiz, plastik və zərərli qazların olmadığı, insanların xərçəngi tanımadığı bir dövr kimi təsəvvür olunur. Ümumdünya Səhiyyə Təşkilatı və Xərçəngin Tədqiqi üzrə Beynəlxalq Agentliyi
26 aprel