Şahin Mustafayev Rüstəm Qasımi ilə görüşdü
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehrana bir günlük səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasımi ilə görüşüb, iqtisadi-ticari əlaqələrin mövcüd vəziyyəti və potensialı haqqında müzakirələr aparıb.
Sonxeber.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin davamlı inkişafı üçün səylərin daha da artırılmasının əhəmiyyəti vurgulanıb, neft-qaz, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə mövcüd olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib, qarşılıqlı səfərlərin və görüşlərin faydalılığı qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1312 Tarix: 21 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen
2 iyulİlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri
30 iyunAlyona Əliyeva sərgidə - Fotolar
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:
1 iyul