Azərbaycan Prezidenti Putin və Paşinyanla söhbətin səmimi olduğunu bildirib

Azərbaycan Prezidenti Putin və Paşinyanla söhbətin səmimi olduğunu bildiribAzərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan liderləri ilə danışıqlardan sonra tərəflər arasında hərtərəfli, səmimi söhbət olduğunu, planların açıq şəkildə müzakirə edildiyini bildirib.

"Bu gün bir çox məsələlərlə bağlı olduqca hərtərəfli, deyərdim ki, səmimi söhbət oldu. Biz planlarımızı, narahatlığımızı doğuran məsələləri açıq müzakirə etdik. Əsas odur ki, fikir ayrılıqlarının həllində verdiyimiz qərarlar təhlükəsiz və proqnozlaşdırıla bilən olacaq", - deyə İlham Əliyev mətbuata açıqlamasında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Bakı İrəvanla uzunmüddətli qarşıdurmanı əks etdirən tarixin səhifəsini çevirməkdə qərarlıdır.

"Mən dəfələrlə demişəm ki, biz Azərbaycanda Ermənistanla uzunmüddətli qarşıdurma səhifəsini çevirməyə, normal qarşılıqlı fəaliyyət mərhələsinə qədəm qoymağa hazırıq", - deyə Azərbaycan prezidenti danışıqlardan sonra bəyan edib.

İlham Əliyev əlavə edib ki, Moskva ilə Bakı arasında etimad münasibətlərinin səviyyəsi İrəvanla bir çox məsələlərdə həll yollarının tapılmasına töhfə verir.

"Bu formatda biz məqsədlərimizə nail oluruq. Rusiya Azərbaycan üçün dost və strateji tərəfdaşdır. Mən deyərdim ki, strateji tərəfdaşdan daha artıqdır. Azərbaycanla Rusiya arasında etimadın səviyyəsi ən həssas məsələlərdə Ermənistanla həll yollarını tapmaqda bizə yardım edir" – deyə İlham Əliyev qeyd edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1318   Tarix: 26 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələni ifadə edir" - AÇIQLAMA

"ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələni ifadə edir. Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Səfər ötən il Vaşinqtonun vasitəçiliy

11 fevral
.

Prezident bəzi vergi işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyya

12 fevral
.

İlham Əliyev Azər Mursaqulova yüksək vəzifə verdi

Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

10 fevral
.

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, Cabbar Musayev indiyədə

9 fevral
.

İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini böyük məmnunluql

3 fevral
.

Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasını

6 fevral
.

Prezidentdən Tahir Budaqovla bağlı İKİ SƏRƏNCAM

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Prezidentin digər Sərəcamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

9 fevral
.

Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək sənəd

Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sənədə əsasən

11 fevral
.

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önün

11 fevral