Peskov: "Putin, Əliyev və Paşinyan arasında danışıqlar üç saat davam edib"
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə üçtərəfli danışıqlar başa çatıb. Danışıqlar üç saata yaxın davam edib.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə edib, həmçinin son bir ildə onun sabitləşməsi üçün görülən işləri dəyərləndiriblər.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1673 Tarix: 26 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr