Qırğızıstan parlamentinə seçkilər başa çatdı - YENİLƏNİB
Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. Yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsinin hamısı bağlanıb.
Ötənilki seçkilərə müqayisədə, bu il səsvermədə 1,5 dəfə az seçici iştirak edib.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib.
MSK sədrinin müavini Tınçtıka Şaynazarovun fikrincə, seçici fəallığının aşağı olması bu il seçici səslərinin rüşvətlə alınmaması, insanların kütləvi daşınmaması və digər qanun pozuntularına yol verilməməsi ilə bağlıdır.
Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.
Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.
***
11:23
Qırğızıstanda yerli vaxtla saat 08:00-da parlament seçkiləri başlayıb.
Sonxeber.az xəbər verir ki, 2021-ci il aprelin 11-də keçirilən referendumda qəbul edilən Qırğızıstan Respublikasının Konstitusiyasına əsasən, parlament 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçilir. Belə ki, 54 deputat proporsional sistem üzrə (siyasi partiyaların namizədlərinin açıq siyahıları üzrə) vahid seçki dairəsi üzrə, 36 deputat isə birmandatlı seçki dairələri üzrə majoritar sistem üzrə seçilir.
Ümumilikdə 2494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə fəaliyyət göstərir.
Vahid Seçki Dairəsi üzrə yekun seçici siyahısına 3 703 420 seçici daxildir ki, onlardan 84 min 128 seçici xaricdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahılarına daxil edilib. Birmandatlı seçki dairələri üzrə seçicilərin sayı 3 619 292 nəfər (xaricdə qeydiyyatda olan seçicilər istisna olmaqla) təşkil edir.
Ümumilikdə seçkilərdə 21 partiya və 287 birmandatlı namizəd iştirak edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR