Təbii ağrıkəsici vasitələr siz də bilin!

Təbii ağrıkəsici vasitələr siz də bilin!Hər bir insan həyatda ağrı ilə üzləşir - baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s.

Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrısızlaşdıran həblərə müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan xəstəliyinin inkişafına təkan verə bilər.

Ən çox "sevdiyimiz" ağrısızlaşdıran dərman "analqin" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə üçün qəti surətdə tövsiyə edilmir. ABŞ və bir çox Avropa ölkələrində bu preparat artıq uzun illərdir ki istifadə olunmur.

Təbiət bizə çoxlu sayda təbii ağrısızlaşdıran vasitələri bəhş edib ki, bu vasitələrin istifadəsi həm lazım olan effekt verir, həm də ziyansızdır.

- Nanə. Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı nanə dəmləməsi çox yaxşı ağrısızlaşdıran effekt verir. 1 xörək qaşığı quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.

- Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 dənə mixək qoymaq lazımdır.

- Sarımsaq da diş ağrısı zamanı yaxşı kömək edir. 1 tikə sarımsaq dişin üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə sarımsaq baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin, gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın.

- Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirinə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.

- Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.

- Albalı bağırsaq sancıları və menstrual ağrıları zamanı kömək edir.

- Süd xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1 stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını hiss edəcəksiniz.

- Çaytikanı yağı yanıqlar zamanı yaxşı kömək edir - ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir.

- Evkalipt, kamfara, nanə yağları lümbaqo, nevralgiya, revmatizm ağrıları zamanı ağrısızlaşdıran təsir edir. Bu yağları ilə kompres etmək lazımdır.

- Xardal baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin.

Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və ağrıyan nahiyəyə qoyun.

- Çobanyastığı çox yaxşı ağrısızlaşdıran otdur. Bu otun dəmləməsi baş ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı çobanyastığı dəmləməsi ilə olan oturaq vannaları etmək olar.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3192   Tarix: 30 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr