QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olundu - FOTO

QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olundu - FOTOTürkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin 38-ci Baş Assambleyası keçirilib.

Sonxeber.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib ki, tədbirdə bu il üzv ölkələrin avtomobil nəqliyyatı sahəsində görülən işlər, qarşıya qoyulan planların icrası ilə bağlı dinləmələr olub.

Açılış nitqi ilə çıxış edən QDİƏT-in Baş katibi Lazar Komanesku quruma üzv olan ölkələr arasında münasibətlərdə yükdaşıma sahəsinin önəmindən bəhs edib, postpandemiya dövründə nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) prezidenti Umberto de Pretto, QDİƏT-in Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin prezidenti Eduard Kasa yaxın gələcəkdə elektron sistemlərin tətbiqi, yüklərin təminatlı çatdırılması istiqamətində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, ekoloji standartların tətbiqi üçün qəbul edilən beynəlxalq qərarların icrası istiqamətində yük parklarının yenilənməsinə diqqət edilməlidir.

QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini Trayan Çebeleu təşkilatın bundan əvvəlki iclaslarını xatırladaraq, ötən müddətdə bir sıra nailiyyətlərin əldə olunduğunu bildirib. Baş katibin müavini vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsinə dair müzakirələr aparılması, eyni zamanda, yeni təcrübələrin öyrənilməsi üçün çox əhəmiyyətli olacaq.

Tədbirdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə Heyətinin sədri Həbib Həsənov da iştirak edib.

Son illər Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində nəzərə çarpacaq yeniliklərin tətbiq olunduğu diqqətə çatdırılıb. Bundan əlavə, peşəkar sürücü kontingentinin formalaşdırılması üçün Azərbaycan hökuməti və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) tədris proqramlarının icrası ilə bağlı məlumat verilib.

Həmçinin keyfiyyətə nəzarət sistemi, eləcə də yük nəqliyyat vasitələrinin, daşıyıcı şirkətlərin reytinqi, həmçinin məlumatların idarə edilməsi üzrə proqram təminatının hazırlanması üzrə işlərə başlanılması da diqqətə çatdırılıb.

Tədbir zamanı Azərbaycanın tranzit-logistika imkanlarından da bəhs olunub. Zəngəzur dəhlizinin quruma üzv ölkələrin beynəlxalq yükdaşıma imkanlarını stimullaşdıracağı qeyd edilib. Bildirilib ki, bu dəhliz QDİƏT-ə üzv ölkələrin Azərbaycan üzərindən rahat keçidinin təminatçısı olacaq və bunun üçün dünya standartlarına cavab verən yollarımız, yük parklarımız mövcuddur. Hazırda Azərbaycanda 13 yük parkının, sərhəd-keçid məntəqələri və onlara yaxın ərazilərdə 5 TIR parkının xidmətdə olduğu vurğulanıb. Bu parkların da beynəlxalq yükdaşımalar üçün nəzərdə tutulan standartlara cavab verdiyi qeyd edilib.

Təşkilata üzv ölkələrdə QDİƏT-in konsepsiyasına uyğun quru və dəniz keçidlərində təhlükəsiz, etibarlı parkların yaradılması üçün lobbiçilik fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirin sonunda 2022-ci il üçün işçi proqramı təsdiq edilib. Proqrama əsasən, QDİƏT "İcazə"lərinin coğrafiyasını genişləndirmək üçün lobbiçilik fəaliyyətini davam etdirmək, könüllü və qarşılılıqlı prinsip əsasında nəqliyyat əməliyyatlarının üçüncü ölkələrdə də genişləndirilməsi və qurumun birdəfəlik "İcazə"lərinin çox istifadəli "İcazə"lərə dəyişdirilməsi haqqında da qərar qəbul olunub.

Bundan əlavə, tranzit keçidlərinin sadələşdirilməsi məqsədilə e-TIR sisteminin genişləndirilməsi, həmçinin digər nəqliyyat sənədlərinin (e-CMR, e-İcazə, e-viza) rəqəmsallaşdırılması kimi məsələlər də gələn ilin məqsədləri kimi qəbul edilib. Eyni zamanda, Azərbaycanın bu elektron sistemlərə qoşulması məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb və Azərbaycan həmin tarixdən Təşkilatın təsisçi üzvüdür. Azərbaycandan əlavə Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova Ermənistan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna və Serbiya təşkilata üzv ölkələrdir. Təşkilat regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılıb.
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olundu - FOTOQDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olundu - FOTOQDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olundu - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1149   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr