İrəvanın Bakıya qara piar kampaniyası... - Hacıyev
Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir:
"Müasir dünyada ölkələrin brendinin yaradılması tendensiyası da strateji kommunikasiyanın tərkib hissələrindən biridir. Gördüyümüz kimi, müharibədən sonrakı dövrdə də Ermənistanın Azərbaycana qarşı təbliğatı, qara piar kampaniyası davam etməkdədir. Azərbaycanı tamamilə başqa formada təqdim etməyə çalışırlar. Ona görə də Azərbaycan dünyaya milli brendi ilə daxil olmaqdadır. Artıq Azərbaycan Ermənistanın törətdiyi vəhşiliyə, dağıntılara cavab olaraq Qarabağı cənnətə çevirəcək yeni quruculuq işlərinə başlayıb və bütün dünya bunu görür. Bu da strateji kommunikasiyamızda Prezident İlham Əliyev tərəfindən müəyyən olunan yeni çalarları özündə əks etdirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Leysan yağacaq, dolu düşəcək
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Azərbaycanda ZƏLZƏLƏ OLDU
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
Kondisioneri yayda necə düzgün təmizləmək olar?
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
Boşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto