Baydenin "Demokratiya zirvəsi"nə yönələn suallar və cavabsız qalan faktlar

Baydenin "Demokratiya zirvəsi"nə yönələn suallar və cavabsız qalan faktlarABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da keçirilən "Demokratiya zirvəsi" dünyanın aparıcı dövlətləri, onların liderləri, ekspertləri və kütləvi informasiya vasitələri tərəfindən müzakirə olunub, tənqidlər səsləndirilib, iradlar irəli sürülüb.

Yekdil fikir ondan ibarətdir ki, sammitin keçirilməsinin məqsədləri, iştirakçıları və iştirakçılar seçilərkən tətbiq olunan meyarlar, zirvənin demokratiyadan daha çox başqa maraqlara xidmət etdiyini göstərir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın açıqlamasına istinad edərək, beynəlxalq münasibətlər sisteminin transformasiya olunduğunu və BMT-nin rəhbərlik etdiyi hazırkı strukturunun getdikcə köhnəldiyini söyləyib:

"ABŞ təkbaşına dominantlıq etmək niyyətində olduğu öz rahatlıq zonasını yaratmaq üçün beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini və BMT-nin mərkəzi rolunu məhv edir."

Zaxarovaya əsasən, məhz bunun üçün Amerika Birləşmiş Ştatları "Demokratiya Sammiti" şəklində izdihamlı səhnə təşkil edəcək, onun iştirakçılarına isə Amerika rejiminin maraqlarına xidmət etmək fəxri hüququ veriləcək.

Sammitə dünyanın iqtisadi nəhəngi Çin tərəfindən də münasibət bildirilib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın öz meyarlarına əsaslanaraq dünya ölkələri və regionlarının yarısını "demokratiya" kateqoriyasında yerləşdirdiyinə diqqət çəkib, digər yarısını isə "qeyri-demokratik ölkələr" adlandırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, belə bir addım demokratiyanın ruhuna ziddir. Çinin xarici işlər naziri Vanq Yi isə hesab edir ki, ABŞ-ın məqsədi demokratiya deyil, hegemonluqdur

Həmçinin Misir, Səudiyyə Ərəbistanı və İsrail kimi Yaxın Şərq medialarında Amerikanın demokratiya tərzinin regionda və bütün dünyada insan tələfatına və təxribata səbəb olduğunu qeyd ediblər.

Kuba xarici işlər naziri Bruno Rodriqez isə Birləşmiş Ştatlarda "Demokratiya Sammit"in keçirilməsi üçün "beynəlxalq nüfuz"un yetərli olmadığını bildirib.

Kubalı nazir öz "Twitter" hesabında əlavə edib ki, ABŞ-ın təşkil etdiyi "Demokratiya Sammiti" Birləşmiş Millətlər Təşkilatına qarşı nifrət hissi olduğunu nümayiş etdirir".

"Bu antidemokratik davranış digər xalqların qanuni və suveren iradəsinə açıq nifrət ortaya qoyan, əvvəlcədən müəyyən edilmiş reseptləri tətbiq etmək üçün riyakar bir cəhddir".

"Demokratiya Sammiti" ilə bağlı dünyanın aparıcı eksperti də fikirləri bildiriblər.

Çin xəbər saytı "Global Times"ın şərhçisi Yi Fan yazıb ki, iştirakçıların dünya xəritəsində yerləşdirilməsinə nəzər saldıqda Pekin və Moskvanın güclü reaksiyaları haqqında daha aydın fikir əldə etmək olar.

Məsələn, baxmayaraq ki, bütün dünya birliyi, o cümlədən ABŞ Tayvanı Çinin bir hissəsi hesab edir, qondarma rejimin nümayəndə heyətinin zirvə görüşünə dəvət edilməsi Çin tərəfindən böyük narazılıq yaradıb.

Müəllif əlavə edib ki, sammit "Çinin və Rusiyanın davam edən təcavüzünün artmasına müqavimət göstərmək üçün" geniş miqyaslı geosiyasi məqsədlər güdür. Bir sözlə, sammit böyük dövlətlər arasında sabit əməkdaşlıq münasibətləri üçün atmosferi zəhərləyir və kiçik ölkələri çətin vəziyyətə salır.

ABŞ "New York Times" qəzetinin Vaşington bürosu üzrə müxbirləri Maykl Krouli və Zolan Kanno-Yanqs tərəfindən dərc olunmuş məqalədə iddia olunur ki, cənab Bayden, xarici ölkələrin müstəqil media dəstəyi, korrupsiyaya qarşı mübarizə, aktivistlərə kömək, texnologiyaların inkişafı və ədalətli seçkilərin qorunması üçün təxminən 424 milyon dollar sərf etmək üçün Konqreslə əməkdaşlıq etməyi planlaşdırdığını açıqlayıb.

Müəlliflərə əsasən, hətta ABŞ-nın rəsmiləri etiraf edirlər ki, Amerikada digər problemlər arasında siyasi qütbləşmə, irqi ədalətsizlik, səsvermə hüquqlarının məhdudlaşdırılması və daxili ekstremizm altında gərginləşir. Bəzi fəallar isə cənab Baydeni diqqətini xaricə çevirməzdən əvvəl onu daxili problemlərə daha çox diqqət ayırmağa çağırıblar. Məsələn Atlantadakı qeyri-kommersiya qrupunun, "Black Voters Matter Fund" həmtəsisçisi və icraçı direktoru Klif Olbrayt etiraf edib ki, "eviniz yanarkən qlobal yanğınsöndürən ola bilməzsiniz".

Məşhur amerikalı politoloq Yan Bremmer öz "Facebook" səhifəsində sosial sorğu paylaşıb.

Əsasən inkişaf etmiş ölkələrdə aparılan tədqiqat ABŞ-ın nümunəvi bir demokratiya olması barədə insanların fikirlərini qiymətləndirir. Sorğunun nəticələri insanların Amerikanın demokratiya modelinə nə qədər inanmadığını göstərir. Belə ki, sorğuda iştirak edənlərin İtaliyada 32%, Yunanıstanda 26%, İspaniyada 22%, Tayvanda 22%, Böyük Britaniyada 20%, Fransada 18%, Belçikada 17%, İsveçdə 16%, Cənubi Koreyada 16%, Yaponiyada 14%, Kanadada 14%, Almaniyada 14%, Avstraliyada 11%, Yeni Zelandiyada 8%, ABŞ-ın özündə isə cəmi 19%-i bu ölkənin demokratiyasına müsbət baxırlar.

Türkiyə "Anadolu Ajansı" xəbər agentliyinin beynəlxalq təhlükəsizlik və hərbi innovasiyalar üzrə eksperti Bəkir İlhan isə qeyd edib ki, Co Bayden administrasiyasının dekabrda keçiriləcək "Demokratiya Sammiti"nə dəvət etdiyi 110 ölkənin üçdə biri "Freedom House" təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərib.

Sammitin təşkilatçılarının əsl məqsədi Vaşinqtonun maraqlarına cavab verən ümumi demokratiya baxışını formalaşdırmaqdır. Dekabrın 9-10-da keçirilən sammitdə elan edilmiş məqsədlərə çatmaq üçün sammit iştirakçılarına müəyyən islahatlar aparmağa çağırışlar edilib. Bundan başqa, xəbərdə deyilir ki, Ağ Evin bu təşəbbüsü "Beynəlxalq Demokratik İttifaq"ın yaradılması istiqamətində ilk addım ola bilər. Bu ittifaqın əsl məqsədi ABŞ-ın əleyhdarlarına, xüsusən də Rusiya və Çinə təzyiq göstərmək olacaq. Müəllif vurğulayır ki, Amerika cəmiyyətini birləşdirmək və milli təhlükəsizliyə təhdidlərlə mübarizə aparmaq üçün ABŞ Avropa və ya Asiyada "xüsusilə təhlükəli düşmən" obrazı yaratmağa çalışır./Oxu.az/


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1173   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr