Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTO

Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTOUlu öndər Heydər Əliyevin də dediyi kimi, Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Lakin hər kəs buna əməl etmir. Baxmayaraq ki, bura Azərbaycandır və öz ana dilimiz var, bir çox restoranlar, istirahət mərkəzləri nədənsə menyunu rus və ya ingilis dilində yazır. Nəzərə alsaq ki, ora gedən müştərilərin əksəriyyəti xarici dilləri bilmirlər, məsələ bəzi insanların haqlı narazılığına səbəb olur.

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Vüqar İskəndərov açıqlama verib.

O da problemlə bağlı narazılığının olduğunu bildirib:

"Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və bununla bağlı qanun tənzimlənir. Bütün ölkə də, rəsmi və ictimai iaşə müəsissələrində, reklamlarda əsas yazı doğma Azərbaycan dilimizdə olmalıdır.

Amma çox təssüf ki, bizdə, əsas da Bakı şəhərində, böyük ictimai iaşə obyektlərində, bəzi otellərdə hələ də menyudakı yazılar ingilis ya da rus dilindədir. Azərbaycan dilində olsa da, çox vaxt ikinci, üçüncü və ya lap aşağıda olur. Onların loqolarında da ilk öncə digər əcnəbi dillərin yazıldığının şahidi oluruq.

Əvvəla, bu, qanun pozuntusudur. Məsələnin mənəvi tərəfləri də var. Dünyanın heç bir yerində digər dillərin birinci yazılması mümkün deyil. Əslində, bu, sovet dövründən qalan ənənədir. Çox təəssüf ki, hələ də onun daşıyıcıları var.

Azərbaycanda yetərincə rus məktəbləri var. Sözsüz, bunlar olmalıdır. İnsanlar nə qədər çox dil bilsələr, intellektual tərəfimizə, inkişafımıza o qədər də çox töhfə vermiş olarlar. Amma unutmayaq ki, milli dəyər olaraq, ən əsas öz dilimizdir. Bu, bizim milli dəyərimiz, özümüzü tanımağımız, kimliyimizdir, azərbaycançılıq məfkurəsidir. Bildiyimiz kimi, bununla bağlı Ümummilli liderimizin də nəsihəti var.

O, Azərbaycan məfkurəsini xalqımıza hər zaman təbliğ edərək, öz dilimizə hörmətlə yanaşmalı olduğumuzu deyirdi. Məhz Ümummilli liderimizin hakimiyyəti dövründə kiril əlifbasından latın əlifbasına keçdik. MDB ölkələri arasında Azərbaycan ilk keçid edən ölkələrdən oldu.

Bu, dövlət tərəfindən dilimizə verilən dəyərdir. İctimai iaşə obyektlərində isə qanun pozuntularına yol verilir. Biz bunun üzərinə getməliyik, ictimai qınaq olmalıdır, bu barədə danışıb məsələni gündəmə gətirməliyik. Elə restoranlara rast gəldikdə, mütləq iradımızı bildirməliyik. Burada qanunlarla yanaşı, ictimai qınaq da öz rolunu oynamalıdır".

"Chayki"
Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTO"Gazellicafe"
Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTO"Hardrock"
Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTO"Marivanna Baku"
Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTORestoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTO"Papajan by Mamajan"
Restoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTORestoranlarda menyu niyə xarici dildədir? - Deputatdan SƏRT TƏNQİD - FOTOZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2486   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr