Sahib Məmmədov: "Azərbaycanla Rusiya arasındakı logistik maneələr aradan qaldırılacaq"

Sahib Məmmədov: "Azərbaycanla Rusiya arasındakı logistik maneələr aradan qaldırılacaq""Aqroekspress" layihəsinin Azərbaycanda həyata keçirilməsi Azərbaycanın və Rusiyanın tranzit və logistika potensialından daha səmərəli istifadəyə imkan yaradacaq, regionun nəqliyyat-ticarət statusunu gücləndirəcək".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmazda "Aqroekspress" layihəsinin Azərbaycanda fəaliyyətə başlaması çərçivəsində ilk yük qatarının yola salınması ilə bağlı keçirilən təntənəli mərasimdə deyib.

"Aqroekspress" layihəsinin verdiyi üstünlüklər zamanla region ölkələri üçün də cəlbedici ola bilər. Axı gələcəkdə layihə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin marşrutu boyunca da istifadə oluna bilər", - nazir müavini bildirib.

Onun sözlərinə görə, bu, birgə fəaliyyətdə növbəti uğurlu addımdır və birgə layihələrin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

"Azərbaycan və Rusiya dost ölkələrdir, strateji tərəfdaşlardır. Sevindirici haldır ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər davamlı şəkildə inkişaf edir. Bizim fəal əməkdaşlıq etdiyimiz bir sıra formatlar, o cümlədən hökumətlərarası komissiya, eləcə də müvafiq strukturlar arasında işçi qrupları var. İkitərəfli səfərlər və görüşlər, həyata keçirilən tədbirlər, hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı sərmayələr, birgə layihələr əlaqələrimizin genişlənməsində mühüm rol oynayır. İkitərəfli əməkdaşlığa dair imzalanmış sənədlər əlaqələrimizin hüquqi əsaslarını daha da möhkəmləndirir", - S.Məmmədov söyləyib.

"Aqroekspress" sürətli qatarlardan istifadə edərək malların çatdırılması üçün ixtisaslaşmış xidmətdir ki, bu da səmərəli qurulmuş ixrac-idxal logistikası sayəsində çatdırılma müddətlərini azaltmağa və daşınma xərclərini azaltmağa imkan verir. Gözlənilir ki, layihənin uğurla həyata keçirilməsi logistik maneələri aradan qaldırmaqla dəmir yolu ilə qarşılıqlı çatdırılma xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq və bu da öz növbəsində qarşılıqlı ticarətdə rəqabətli və maksimum əlverişli şərait yaradacaq.

Ötən il Azərbaycandan Rusiyaya ixracın strukturunda kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etdiyini nəzərə alsaq, bu layihənin qarşılıqlı ticarətin bu sahəsinin gücləndirilməsinə xidmət edəcəyini gözləmək olar. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 12% artaraq 3 milyard ABŞ dolları səviyyəsinə çatıb. Eyni zamanda, Azərbaycandan ixrac 29%, Rusiyadan idxal isə 5,7% artıb", - nazir müavini bildirib.

S.Məmmədov qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bu layihə Rusiya istiqamətində tədarük həcminin artırılması üçün bir növ əlavə stimuldur: "İki ölkənin müvafiq qurumlarının koordinasiyalı işi sayəsində bu layihənin hüquqi, inzibati və texniki xarakterli bütün məsələləri həllini tapıb. Bu gün Rusiya tərəfi Azərbaycanın 227 müəssisəsindən pomidorun, 77 müəssisədən isə almanın ölkəyə idxalına müvafiq icazə verib. Həmçinin Rusiya tərəfi Azərbaycandan meyvə-tərəvəzin vaqonlarla daşınmasına icazənin müddətini 2022-ci il aprelin 1-dək uzadıb. "Aqroekspress" layihəsinin həyata keçirilməsi həm də avtomobil nəqliyyatı ilə hər iki istiqamətdə yüklərin daşınması yükünü xeyli azaldacaq və bununla da yük maşınlarının sərhəddə yığılıb qalması problemini aradan qaldıracaq".

Nazir müavini "Aqroekspress" layihəsinin tətbiqi ilə yükdaşımalarda əlavə imkanlar yaranacağına və bu layihə sayəsində ikitərəfli əməkdaşlığın genişlənəcəyinə, ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənəcəyinə əminliyini ifadə edib.

"Hesab edirəm ki, layihənin nəticələri özünü çox gözlətməyəcək və çox tezliklə biz görülən işlərin real bəhrəsini görəcəyik", - S.Məmmədov fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr