NATO-nun baş katibi: "Rusiyaya "gərginliyi azalt" deyirik"
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna böhranından danışıb.
O, bildirib ki, alyansa daxil olan ölkələrin liderləri iyunda Madriddəki toplantıdaittifaqın transatlantik strategiyasını bir daha təsdiq edəcəklər.
"Rusiyanın təhlükəsizliyimizə meydan oxuması Avropada yeni normaya çevrilib. Biz Soyuq Müharibədən bu yana ən böyük hərbi təhlükə ilə qarşı-qarşıyayıq. Rusiya əvvəllər də güc tətbiq etməkdən çəkinməyib. Ona görə də biz Şərqi Avropada daha uzunmüddətli planlar qurmalıyıq. Biz 2014-cü ildən bəri Baltikyanı ölkələrdə NATO-nun hərbi gücünü üç dəfə artırmışıq. Ukraynada hücum sistemlərimizdən istifadə etmək planımız yoxdur. Amma biz NATO-nun əsas dəyərlərini müzakirə obyektinə çevirə bilmərik", -deyə Stoltenberq bəyan edib.
NATO rəhbəri bildirib ki, Rusiyanın cəbhədəki gərginliyi azaltmaq cəhdlərinə və Moskvanın bəyanatlarına ehtiyatlı nikbinliklə yanaşır.
"Son günlərdə artan kiberhücumlar da narahatlıq doğurur. Ona görə də biz Rusiyaya "gərginliyi azalt" deyirik. Əks halda indiki böhranla bağlı daha uzunmüddətli addımlarımız olacaq", - deyə NATO-nun baş katibi qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1281 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu
Ermənistan parlamentinin keçmiş spikeri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bizim.Media xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti bu barədə məlumat yayıb. Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunl
28 oktyabrOman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis
30 oktyabrErmənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb. "Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsind
30 oktyabrBu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30 oktyabr