Pandemiya təcrübəsi işə yarayacaq – "Vaşinqton Post"

Pandemiya təcrübəsi işə yarayacaq – "Vaşinqton Post"ABŞ-ın "Vaşinqton Post" qəzetində "Pandemiya başqa xəstəliklərin müalicəsini alt-üst etdi. Ancaq bu, gələcəkdə bizə fayda verə bilər" başlıqlı redaksiya məqaləsi dərc olunub. Sonxeber.az Novator.az saytının ingiliscədən çevirdiyi məqaləni oxucuların diqqətinə çatdırır.

Koronavirus pandemiyası bir yandan insanlara olmazın iztirablar yaşatdı, o biri yandan da dünyada demək olar bütün səhiyyə və tibb sistemlərini bərbad günə qoydu. Başqa xəstəliklərə qarşı peyvənd kampaniyaları yubandı, ayrı-ayrı müalicə işləri, cərrahiyyə əməliyyatları sonraya saxlandı, xəstəxanalar COVİD diaqnozlu pasiyentlərlə dolub-daşdı, pandemiya büdcə resurslarını və tibb personalının enerjisini tükətdi.

Bununla belə, koronavirus pandemiyası bizə gələcək epidemiyalarla mübarizədə innovasiyalardan, yeni üsullardan yararlanmaq təcrübəsi də qazandırdı.

Pandemiyaya qədər dünyada ən çox ölümə səbəb olan infeksion xəstəliklər arasında birinci yeri vərəm tuturdu. 2019-cu ildə dünyada 10 milyona yaxın insan vərəmə yoluxmuş, onlardan 1,5 milyon nəfəri vəfat etmişdi. Vərəmlə mübarizədə az-çox irəliləyiş əldə olunurdu ki, COVİD-19 infeksiyası araya girdi və ciddi maneələr törətdi.

QİÇS, Vərəm və Malyariyaya Qarşı Mübarizə üzrə Qlobal Fondun məlumatına görə, aktiv müalicədən kənar qalan bir vərəm xəstəsi 15-ə yaxın adamı yoluxdura bilər. Ona görə indi vərəmli xəstələrin müalicəsinin zəifləməsi bu infeksiyaya yoluxanların sayını birdən-birə çoxalda bilər.

Malyariya ilə mübarizə prosesindəki irəliləyiş də yarı yolda qalıb. Qlobal Fondun yeddi Asiya ölkəsində apardığı araşdırma 2020-ci ildə malyariya diaqnozu qoyulan insanların sayının 56 faiz, malyariyalı xəstələrin müalicə olunması üçün göstərilən tibb xidmətlərinin isə 59 faiz azaldığını göstərib. Eyni zamanda bu sahə üzrə ixtisaslaşmış bütün qurumların ciddi ziyana düşdüyü üzə çıxıb.

Dünya Səhiyyə Təşkilatının və BMT-nin Uşaq Fondunun (UNİCEF) hesabatlarına əsasən, 2020-ci ildə 23 milyon uşaq planlı immunizasiya prosesindən kənarda qalıb, yəni zəruri peyvəndləri ala bilməyib. 2019-cu ildə belə uşaqların sayı 2020-ci ildəkindən 3,7 milyon nəfər az olub.

Dünya Səhiyyə Təşkilatı bu ay 129 ölkədə apardığı sorğunun üçüncü mərhələsinin nəticələrini açıqlayıb. Nəticələr həmin ölkələrin 92 faizində səhiyyə xidmətlərinin işində hələ də pandemiya ucbatından fasilələr yarandığını göstərir. Səhiyyə xidmətləri xüsusilə təcili yardım, planlı cərrahiyyə əməliyyatları və planlı immunizasiya, habelə xərçəngin müalicəsi, yeni doğulmuş uşaqlara qulluq, psixoloji sağlamlığın qorunması məsələlərində problemlərlə üzləşir.

Dünya Səhiyyə Təşkilatı vurğulayır ki, 2021-ci ildən bəri ölkələrin səhiyyə xidmətlərinin işində pandemiya üzündən baş verən fasilələrin miqyasında əhəmiyyətli bir azalma müşahidə olunmur.

Ancaq pandemiya özündən sonra ayrı-ayrı xəstəliklərlə mübarizədə yeni üsullar qoyub gedə bilər. Heyrətamiz dərəcədə effektiv olan mRNT əsaslı COVİD peyvəndləri başqa xəstəliklərlə mübarizədə də işə yaraya bilər.

Koronavirus əleyhinə "Moderna" peyvəndini istehsal edən şirkət bəyan edib ki, hazırda mRNT texnologiyasına söykənən doqquz profilaktik peyvənd üzərində iş aparır. Son bir ildə peyvəndlərlə bağlı əldə olunan inanılmaz uğurlar vaksinlərə inamı artıra, şübhələri isə aradan qaldıra bilər.

İnkişaf etməkdə olan ölkələrdə peyvəndlərin hazırlanması və istehsalı prosesi geniş vüsət alsa, bu, gələcəyə böyük töhfə olardı. Bundan əlavə, koronavirusun yayılmasının qarşısını almaq üçün maskalardan geniş şəkildə istifadə olunması digər sahələrdə, məsələn, müalicə alan vərəm xəstələrinin maska taxmasında ortaya çıxan psixoloji kompleksləri aradan qaldıra bilər.

Ev şəraitində ekspress diaqnostika, onlayn səhiyyə xidmətlərinin göstərilməsi, qapalı məkanların daha yaxşı havalandırılması, tullantı sulara daha ciddi nəzarət edilməsi, genetik müşahidənin gücləndirilməsi kimi texnoloji nailiyyətlərin gələcəkdə bizə böyük dividendlər qazandırması mümkündür.

Məsələn, xüsusi olaraq səhiyyə sahəsi üçün düşünülmüş "HealthConnect" texnologiyası, "WhatsApp" sistemində istifadə olunan rəqəmsal xidmətlər Cənubi Afrika hökumətinə yeddi həftə ərzində 6 milyondan çox insana və tibb işçisinə yetişmək imkanı yaradıb. Bu vasitələr yəqin ki, başqa epidemiyalarda da işə yarayacaq.

Biz hələ ki, pandemiya qasırğasının təsiri altındayıq. Ruhdan düşməyək və ümidimizi itirməyək: bu mübarizə bizə gələcəkdə fayda gətirəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1185   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb

Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmi

30 oktyabr
.

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atdı

Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın

29 oktyabr
.

Norveç Baş naziri Putin və Zelenski ilə söhbətdən sonra Ukrayna əraziləri ilə bağlı şərh verib

Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini "heç vaxt imzalamayacaq". -nun xəbərinə görə, Stere bildirib ki, "Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəs

28 oktyabr
.

Financial Times: "Google süni intellektə 51 milyard dollardan çox vəsait xərcləyir"

Google-un ana şirkəti Alphabet süni intellekt və bulud infrastrukturu üçün xərclərini kəskin artırıb. Financial Timesın məlumatına görə, şirkətin süni intellektə yönəltdiyi böyük investisiyalar investorların narahatlığına səbəb olub. Alphabet-in əməliyyat gəliri bazar gözləntilərini doğrultmayıb və şirkəti

29 oktyabr
.

İsraildə seçkilərdən sonra siyasi gərginlik: Netanyahu hökuməti qura biləcəkmi?

İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu təmin edib-etməyəcəyi koalisiya danışıqlarının nəticəsindən asılı olacaq. The Jerusalem Post-a istinadən xəbər veri

29 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

28 oktyabr
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28 oktyabr