Pandemiyanın bitməsi ilə bağlı PROQNOZ

Pandemiyanın bitməsi ilə bağlı PROQNOZ"Omikron" ştammı üzümüzü "güldürən", bizi ümidləndirən hələlik tək mutasiyadır.

Ağırlaşmaların və ölüm hallarının ötən ştammlarla müqayisədə az olması pandemiyanın bitməsi ilə bağlı gözləntilərimizi qüvvətləndirir. Artıq bəzi ölkələr karantinlə bağlı məhdudiyyətləri aradan götürüb. Müsbət proqnozlar bədbin xəbərlərdən çoxdur. Yoluxma sayı pik həddə çatır, təlaşlanırıq, amma yenə də ümidimiz itmir. Bu virusun pandemiyanı bitirəcəyinə inanıb, səbir edirik. Bəs ölkəmizdə "Omikron" dalğası nə vaxt bitə bilər? Normal həyata qayıdış yaxındırmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə yayımlayıb.

Həkim-pulmonoloq Əsəd Beydullayev açıqlamasında bildirdi ki, ağır xəstələrin sayında ciddi azalma var:

"Koronavirusun tüğyan etdiyi ilk vaxtlarda insanlar çox qorxurdular. Əgər testin nəticəsi pozitiv çıxırdısa, xəstəliyi yüngül keçirənlər belə təşviş içində olurdular. İndi hamı xəstəliyi tanıyır və müalicə metodunu bilir. Həkimlər, tibb bacıları əllərindən gələn köməkliyi edirlər. "Omikron"un mutasiyaları digərləri kimi ağır keçmir. Bu səbəbdən həkimə müraciət edənlərin sayı azdır. Müalicəsi də çox rahatdır. Mən ağciyər həkimi olduğum üçün əksər hallarda pnevmoniya xəstələri ilə işləyirdim. Həqiqətən, ağır xəstələr çox idi. İndi bu xəstələrin sayı ciddi şəkildə azalıb".

"Omikron"un nə vaxt bitməsinə gəldikdə isə həkim vurğulayır ki, o gün artıq yaxınlaşır:

"Ehtimal edirəm ki, yay ərzində yoluxma sayında azalma olarsa, ən geci payıza qədər pandemiya bitəcək. Amma xəstəlik yayda da aktivliyini saxlasa, payızda havaların soyuması ilə yenidən ağırlaşmalar olar, yeni dalğa ilə üzləşə bilərik. Bunu indidən demək çətindir".

Həmsöhbətimizin sözlərinə görə, bundan əvvəl hər 10 xəstənin 6-da ağır pnevmoniyalara rast gəlinirdi:

"İndi heç 10 xəstənin 1-də də rast gəlinmir. Bunun səbəbi kütləvi vaksinasiya, orqanizmin koronavirusun ştammlarına artıq adaptasiya olması, insanların daha erkən və düzgün müalicə olunmalarıdır. Bütün bunlar kompleks şəkildə ağır situasiyaların qarşısını alır. Ən əsas məqam isə təlaşdır. Təlaş, qorxu, ümidsizlik bu xəstəliyin ağırlaşmasında ciddi rol oynayır. Birinci dalğada da vəziyyəti çətinləşdirən əsas səbəb bu idi. İnsanlar koronavirusa yoluxanda təşvişə düşürdülər və həyatdan küsürdülər. Bu dəfə ciddi təlaş yoxdur. İnsanlar daha yüngül keçirir. Amma bu, bizə rahatlaşmaq hüququ vermir".
Ağciyər xəstəlikləri üzrə mütəxəssis vurğulayır ki, ehtiyatı əldən verməməliyik:
"Sosial məsafə, dezinfeksiyaedici vasitələrdən və maskalardan istifadəyə hamı davamlı riayət etməlidir. Çünki başımıza nə gələcəyini bilmək olmur. Periodik olaraq bu virusun yeni ştammları yaranır. Bəxtimizdən "Omikron" yüngüldür. Amma bundan sonrakı daha ağır ola bilər. Bu səbəbdən ehtiyatı əldən verməməliyik. Dövlət səviyyəsində məlumat verilənə qədər ehtiyatlı olmalıyıq. Bütün vətəndaşlara aktiv həyat tərzi, yaxşı qidalanmağı, bol maye qəbul etməyi və pozitiv əhval ruhiyyə arzu edirəm. Bunlar olduğu halda, dərmana ehtiyac da qalmaz. Adətən bu 3 faktor zəif olduqda, xəstəlik kəskinləşir. Yaxşı əhval-ruhiyyə ən böyük dərmandır. Xəstəliyi ağır keçirsəniz də, ümidinizi itirmədən ona qalib gəlin. Virusa adekvat reaksiya onu gücsüzləşdirir, təlaş isə inkişaf etdirir".

İnfeksionist Nicat Əzimli vəziyyətin hələ də kirtik olduğunu bildirir. Amma yaxın günlərdə azalma gözlənilir:
"Yoluxma halları çoxdur, ağırlaşmalar da az deyil. Buna baxmayaraq, qarşıdakı həftələrdə azalma gözlənilir. "Omikron"un pandemiyanın sonunu gətirəcəyi ilə bağlı deyilənlər bu variantın hiperkontaqiozluq xüsusiyyəti ilə əlaqədardır. Yəni "Omikron"un dominant olduğu dövrdə, demək olar ki, xəstələnməyən şəxs qalmadığı üçün münbit şərait yaranır. Lakin son zamanlar narahatlıq doğuran subvariantın ortaya çıxması pandemiyanın sonunun gəldiyini deməyin tez olduğunu göstərir".
İnfeksionist vurğulayır ki, verilən proqnozlar hələ özünü doğrultmayıb:
"Omikron" variantının bizdən öncə aşkarlandığı ölkələrdə dinamikalara baxsaq, görərik ki, əksəriyyətində yoluxmaların artımından 4-6 həftə sonra azalma müşahidə olunmağa başlayır. Bu da o deməkdir ki, keçən ayın ortaları Azərbaycanda aşkarlanan bu variantın fevral ayının sonundan etibarən azalmaya keçməsi gözləniləndir. Lakin pandemiyada 2 ildə qazandığımız təcrübə bizə onu deməyə əsas verir ki, proqnozlar həmişə özünü doğrultmur. Buna görə də, bir daha vurğulamaq istəyirəm ki, bunlar sadəcə təxmindir"./ölke.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1994   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO

Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl

16 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021