Qarabağla bağlı animasiya filmləri çəkilir - Nazirlik
"2022-ci il ərzində Mədəniyyət Nazirliyi müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan edəcək. Bu müsabiqələr nəticəsində qalib olan layihələrin animasiya və Qarabağ mövzusunda olacağı da istisna deyil".
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, ötən il müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.
"Bu 11 filmdən ikisi animasiya filmidir. Qeyd edək ki, bu filmlərdən biri "Qarabağ nağılı", digəri isə "Tarix" adlanır.
"Qarabağ nağılı" adlı layihə "Birlik" studiyasının istehsalıdır. Filmin rejissoru və ssenari müəllifi Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.
"Tarix" filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbiddir. Film "OB film" studiyasının istehsalıdır. Film Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.
Hər iki film bu ilin ilk yarısında təhvil veriləcək, daha sonra isə azyaşlı tamaşaçılara təqdim olunacaq", – deyə əlavə edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyul