"Moskva bəyannaməsi bir çox aspektdən xüsusi önəm daşıyır" - Deputat

"Moskva bəyannaməsi bir çox aspektdən xüsusi önəm daşıyır" - Deputat"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri növbəti mərhələyə qədəm qoyur. Moskva bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir".

Sonxeber.az-ın məlumatına görə bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O vurğulayıb ki, bu gün dünyada ciddi proseslər gedir, dünya nizamı yenidən qurulur və Rusiya-Qərb münasibətləri özünün ən gərgin dövrlərini yaşayır:

"Heç şübhəsiz ki, əlaqələrin gərginləşməsi keçmiş Sovet məkanına da təsirsiz ötüşmür. Rusiya ilə münasibətlərin pozulmasının bir sıra keçmiş Sovet respublikaları üçün hansı problemləri yaratdığının acı nümunələri göz qabağındadır.

Unutmamalıyıq ki, Rusiya güclü və böyük dövlətdir, onun bölgədə tarix boyu marağı olub və olacaq. Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Azərbaycanın dövlət maraqlarına uyğun deyil.

Onu da nəzərə almalıyıq ki, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Rusiya öz üzərinə götürüb. Azərbaycan uzun müddətdir müxtəlif beynəlxalq qurumlar vasitəsilə münaqişənin həllinə çalışdı, ancaq heç bir nəticə olmadı. Bu gün Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə xeyli məsafə qət etmişik. Hazırda Rusiyanın iştirakı olmadan problemin tam həlli mümkün deyil.

Bəyannamənin əhəmiyyətinə gəldikdə isə, sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb. Ən mühüm məsələlərdən biri də dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin sənəddə əksini tapmasıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, sənədin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq, qarşılıqlı əlaqələr daha da inkişaf edəcək.

Son günlər separatçıların Qarabağda təxribatları davamlı xarakter almışdı. Rusiyanın Ukrayna ilə bağlı qəbul etdiyi qərarlardan sonra ermənilərin iştaha və iddiası artmışdı. Bəyannamənin imzalanması Qarabağda cərəyan edən hadisələrə də ciddi təsir edəcək, prosesin uğurla yekunlaşması üçün yeni imkanlar yaradacaq.

Rusiya ilə Bəyannamənin "Şuşa Bəyannaməsinə" təsirinə gəldikdə isə, sözügedən sənədlərin hər ikisi Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması məqsədilə imzalanıb. Azərbaycan bir çox addımları Türkiyə ilə koordinasiyalı şəkildə atır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bir sıra beynəlxalq və regional layihələrdə hər iki ölkə sıx əməkdaşlıq edir.

Yekun olaraq qeyd etmək lazımdır ki, bölgədə yaranmış gərginlik fonunda Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada baş verə biləcək təhlükələrdən qorumaq üçün növbəti uğurlu diplomatik addım atdı. Bütün addımlar müstəqilliyimizin və qələbəmizin möhkəmlənməsinə, təhlükəsizliyimizin qorunmasına yönəlib".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1549   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr