İlham Əliyev Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair sərgiyə baş çəkib

İlham Əliyev Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair sərgiyə baş çəkibAzərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər agentliyin Moskvadakı mənzil-qərargahında açılan "TASS və AZƏRTAC çərçivəsində Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi" ekspozisiyasına baxıblar.

Bununla bağlı TASS məlumat yayıb.

Sərgi TASS-ın Azərbaycanın milli informasiya agentliyi olan AZƏRTAC ilə birgə layihəsidir.

İyirmi fotoşəkildən ibarət sərgi Rusiya-Azərbaycan xalqları arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluq və əməkdaşlıq tarixinin ən son dövründən bəhs edir.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman qonaqlara ekspozisiyada təqdim olunan fotoşəkillər barədə məlumat verib. TASS fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevlə rusiyalı həmkarı Boris Yeltsinin dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas müqaviləni, 2001-ci ildə Heydər Əliyevlə Vladimir Putinin Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyanatı və Qafqazda təhlükəsizliyin təmin edilməsi, həmçinin əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri haqqında Bakı Bəyannaməsini imzalamasını tarixin yaddaşına köçürüblər.

Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərinin şəkilləri təqdim olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışına qatılmasını və Rusiya-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə Putinin "Dostluq" ordeni ilə təltif edilməsini özündə əks etdirən fotolar da sərgidə nümayiş etdirilib.

İqtisadi sahədə əməkdaşlığa misal olaraq AZƏRTAC agentliyinin 2021-ci ildə Cəbrayılda "KamAZ" ASC-nin xidmət mərkəzinin və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin təməlinin qoyulmasından bəhs edən kadrı göstərmək olar. TASS Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün hazırlanan "Prezident Heydər Əliyev" adına neft tankerinin "Krasnoye Sormovo" zavodundan suya buraxılması mərasimindən foto təqdim edib.

AZƏRTAC-ın Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Heydər Əliyevlə Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertdən sonra ünsiyyətindən çəkilən kadrları mədəni əlaqələrdən bəhs edir.

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşləri təkcə rəsmi fotoşəkillərlə deyil, həmçinin Bakı sakinləri ilə qeyri-rəsmi görüşündən kadrlarla təqdim olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1178   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr