İlham Əliyev Moldova parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Moldova parlamentinin sədri ilə görüşüb - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Moldova parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində səmərəli görüşlərin keçirildiyini qeyd edib.

Dövlətimizin başçısı onun işğaldan azad edilmiş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılarla, eyni zamanda, azad edilən ərazilərdə Azərbaycan tərəfindən qısa müddətdə görülən quruculuq işləri ilə yerində tanış olduğunu bildirib. Dövlətimizin başçısı ötən ilin dekabrında Brüsseldə Moldova Prezidenti ilə görüşünü və bu yaxınlarda Moldovanın xarici işlər nazirinin Azərbaycana səfərini qeyd edərək əlaqələrimizin dinamik və intensiv xarakter daşıdığını məmnunluqla vurğulayıb. Bu kursun davam etdirilməsinin və əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər çərçivəsində Milli Məclisin sədri və digər rəsmi şəxslərlə səmərəli və məhsuldar görüşlər keçirdiyini bildirib. Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiklərini qeyd edib. İqor Qrosu işğaldan azad olunmuş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, oradakı vəziyyətlə yerindəcə tanış olduğunu bildirib. Moldova parlamentinin sədri ölkəsində yaşayan Azərbaycan diasporunun yerli cəmiyyətə çox yaxşı inteqrasiya etdiyini də diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

10:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Bu barədə AZƏRTAC məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 848   Tarix: 24 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr